Ermənistanda baş verən son həbs dalğasının səbəbləri, Rusiyanın bu proseslərə hansı reaksiyanı verəcəyi ilə bağlı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik:

 

- Paşinyan Lavrovun dediyi kimi, siyasi təqiblərə yol verməyəcəyi barədə öhdəlik götürübsə, Moskva bunun qarşılığında Paşinyana hansı vədləri verib?

- Paşinyanın öhdəliyi haqqında Rusiya XİN Sergey Lavrov danışarkən, yəqin, Paşinyanın mitinqlərdə tez-tez qisas almayacaqlarına dair bəyanatlarını nəzərdə tutub. Həqiqətən də mitinqlər zamanı Paşinyan hər zaman vurğulayırdı ki, etirazlar dinc şəkildə davam etdiriləcək və hakimiyyət dəyişəndən sonra heç kimdən qisas alınmayacaq. O vaxtlar Paşinyan tərəfindən bu cür bəyanatlar tez-tez verilirdi. Ola bilsin ki, Rusiya ilə danışıqlar apararkən də Paşinyan bu fikri onlara çatdırıb.

- Bəs, Ermənistanda baş verən həbs dalğalarının səbəbləri nələrdir?

- Burada əsas prinsipial məsələ tam başqadır. Rusiya ilə Ermənistan arasında artıq soyuq savaş başlayıb. Tərəflər bir-birinə qarşı ciddi və sərt bəyanatlar verirlər. Artıq müəyyən addımlar da atılır. Söhbət ondan gedir ki, Rusiya tərəfi əvvəlcə TASS agentliyi vasitəsi ilə Ermənistanda baş verənlərdən narahat olduğunu bəyan etdi. Arxasınca Lavrov özü də bu haqda danışdı. Dünən məlum oldu ki, Rusiya Ermənistanla əvvəlcədən razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükünü dayandırıb. Nəhayət, artıq bu gün bəlli oldu ki, Paşinyanın Yuri Xaçaturovun yerinə yeni bir adamı təyin edilməsi ilə bağlı təklifini Rusiya rədd edib. Bundan sonra erməni hökuməti Yuri Xaçaturovun fəaliyyətini davam etdirməsi üçün Moskvaya geri dönməsinə izn verib. Beləliklə, Nikol Paşinyan öz nümayəndəsini KTMT-yə rəhbərlik üçün göndərə bilməyəcək. Rusiya bunun qarşısını aldı. Bu da Ermənistanı cəzalandırmaq mexanizmlərindən biridir. Açıq-aydın görünən odur ki, Rusiya təkcə bəyanatlar verməklə kifayətlənmir, artıq müəyyən mənada ciddi hərəkətlərə keçib və Ermənistanın yeni hakimiyyətinə qarşı öz mənfi münasibətini gizlətmir. Son günlərdə isə Paşinyan hakimiyyəti Rusiya ilə ciddi problemlərin yaşanmadığına dair ictimai rəydə fikir yaratmağa çalışırdı. Ermənistanda əhalinin əksəriyyəti hər zaman Rusiyaya meyilli olub. Ona görə də Paşinyan belə bir görüntü yaratmaq istəyir. Moskva isə əksinə, çalışır ki, hər cür yeni bəyanatlar və addımlarla Ermənistan ictimaiyyətinə çatdırsın ki, yeni hakimiyyətlə Moskvanın yolları ayrılır və Moskva yeni hakimiyyəti özünə müttəfiq saymır. Bu proses hələ yeni başlayıb. Yəqin ki, qarşıdurmalar daha da dərinləşəcək. Hələ biz bu prosesin ilkin mərhələsini görürük.

- Bundan sonra hansı prosesləri müşahidə edə bilərik?

- Ermənistanın daxilində də siyasi qarşıdurmalar artıq faciəvi bir müstəviyə keçib. Paşinyanın son hərəkətlərini onun ətrafındakılar da pisləyir. Məsələn, Daşnaksütyun Partiyası da Paşinyanın bu hərəkətlərini pisləyib. Halbuki həmin partiyanın bir neçə üzvü “məxməri inqilab”dan sonra Paşinyanın yanında nazir postları almışdı. Ermənistanda həm daxili gərginlik artır, həm də Rusiya ilə münasibətlər günü-gündən daha sərt forma alır.

- Paşinyanın Qərbin diqtəsi ilə addımlar atdığı barədə ciddi ittihamlar irəli sürülür...

- Moskvadan verilən mesajlarda xüsusi qeyd olunurdu ki, Paşinyanın atdığı addımların arxasında üçüncü ölkələr dayanır. Yəni Moskvadan artıq belə bir eyham vurulub ki, Paşinyan bu addımları özbaşına etmir, onu üçüncü qüvvələr idarə edirlər. Üçüncü qüvvə dedikdə isə, təbii ki, Rusiya daha çox Qərbi nəzərdə tutur. İş orasındadır ki, inqilab baş verəndən sonra Paşinyanın Brüsselə səfəri oldu. O, çox ümidli idi ki, həm AB-dən, həm də ABŞ-dan çox ciddi dəstək alacaq. Ancaq AB-dən və ABŞ-dan soyuq münasibət gördü. AB-nin nümayəndəsi açıq mətnlə İrəvanda bəyan etdi ki, əgər Paşinyan hakimiyyəti ABŞ, AB, Rusiya ilə münasibətlərində heç bir dəyişiklik etməyəcəksə, onda AB-nin də, ABŞ-ın da Paşinyan hakimiyyətinə münasibəti dəyişməyəcək. Yəni bununla Paşinyana açıq mesaj verildi. Bundan sonra isə Paşinyanın ətrafında olan adamlar mətbuata sızdırdılar ki, yeni hakimiyyət gərək qərbyönümlü ciddi addımlar atsın ki, Qərb də Ermənistana dəstək versin. İndi də bir çoxları düşünür ki, son həbslər, xüsusilə də Xaçaturovun istintaqa cəlb edilməsi ABŞ-ın və AB-nin gözləntilərini doğrultmaq üçün atılan addımlardır. Pərdəarxasında Paşinyan artıq Qərblə əməkdaşlığa gedir və antirus siyasətini daha açıq ifadə etməyə başlayır. Rusiya tərəfi də bunu anlayır və artıq öz münasibətlərində bunu nəzərə alır.

22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
19 Noyabr 2024 Fazil Musayev: Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir
19 Noyabr 2024 Məhəmməd Musayev: Böyük Zəfər və sabitlik yolu

Xəbər lenti