Elmar Vəliyevə sui-qəsd cəhdi hazırda ölkə gündəmini zəbt edib.

Məni ən çox narahat edən isə ötən gün E.Vəliyevin qardaşının insanların bunu toy-bayram kimi qəbul etməsini deməsi, qətlə cəhd edən Yunisdən milli qəhrəman düzəldildiyi barədə sözləridir.

Əlbəttə, əgər doğrudan da bu “toy-bayram” kütləvidirsə, Elmar Vəliyevin mənəvi ölümündən danışa bilərik. Yaşadığı, təmsil etdiyi xalqın nümayəndələri məmurun vurulmağına sevinirsə, bu, ilk növbədə məmurun, sonra isə vətəndaşın faciəsidir. Elmar Vəliyev kimisə təhqir edibsə, hətta incidibsə, çox böyük səhv edib. Ancaq...

Ancaq heç bir təhqir, tənqid və s. kiminsə öldürülməsi cəhdinə əsas vermir. Gah deyirlər İmam Hüseyni söyüb, gah deyirlər, ona qəsdə cəhd edən Yunis Səfərovun bacısını... Səbəbindən asılı olmayaraq, kimisə cəzalandırmaq üçün onu öldürmək orta əsr təfəkkürüdür.

Yanlışlara qarşı sivil mübarizə üsulları var:

1. Vəliyevin söyüş söyərkən çəkilmiş videosunu və ya səs yazısını sosial şəbəkələrdə, Yutubda yaymaqla bu olayı kütləviləşdirmək, ictimai qınaq formalaşdırmaq.

2. Əldə olan dəlillər əsasında aidiyyəti orqanlara şikayət göndərmək.

3. Şəhərin ziyalılarının dövlət qurumlarına müraciəti və ya lokal aksiyası...

Əgər doğrudan da Elmar Vəliyev söyüşcülsə və kimlərinsə izzət-nəfsinə toxunursa, onları aşağılayırsa, 7 ildir hardasınız?

Texnolojiya o qədər inkişaf edib ki, indi nəyisə ört-basdır etmək mümkün deyil. Hanı Elmar Vəliyevin etikadankənar hərəkətlərini təsdiqləyən video-yazılar? Yəni doğrudanmı adam 7 ildir hamını təhqir edir və hamı oturub gözləyir ki, Yunis adlı bir cinayətkar ortaya çıxıb, atəş açsın, bunlar da ondan “qəhrəman” qayırsınlar?

Təhqir olunanlar niyə sivil qaydada mübarizə aparmayıblar?

Allah harda buyurub ki, sizi söyənləri öldürün? Quranın hansı ayəsində var ki, latayır danışanı qətlə yetirin?

“Allahsız”, “etikasız” dediyiniz məmura və yaxud hansısa insana qarşı silahlı hücum İŞİD zehniyyətidir. Hələ utanmadan buna alibi qazandırmaq üçün “İmam Hüseynin qisasını alıb” kimi əbləh bir tezis də gündəmə gətiriblər.

Dindarlar sevinirmiş. Dindarlar nə deyib sevinirlər? Aşura günü konyak festivalı keçirdiyi üçün Elmar Vəliyevə qəzəblidirlər? Bəs, siz 1400 il əvvəlin qətliamına görə yolları bağlayıb, özünüzü zəncirləyəndə kimlərinsə haqqına girdiyinizin fərqində olmursunuz?

İki gün ardıcıl bir neçə saatlıq işıq kəsildi, insanların içməli soyuq suya tələbatı yarandı. İmkansızı, ehtiyacı olanı vardı. Özlərini İmam Hüseyn yolunda zəncirləyib, İmam Hüseyn yolunda məmura güllə atanı alqışlayanlar İmam Hüseyn yolunda bircə butulka su alıb, alışıb-yanan kiməsə ehsan etdilərmi? Nə qədər “həcü-meşədü” sahibkar fürsətdən istifadə edib, suyun qiymətini qaldırdı?

Müqayisə etmisinizmi?

Bəzən, insan hansı ölkədə, hansı təfəkkür sahibləri arasında yaşadığını görəndə dəli olmaq dərəcəsinə gəlir. Siz bu təfəkkürlə cəmiyyəti hara sürükləyirsiniz? Nəyə nail olmaq istəyirsiniz?

05 Aprel 2025 Aprelin bu günləri ilə bağlı XƏBƏRDARLIQ
04 Aprel 2025 “Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”
04 Aprel 2025 30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlir - SƏBƏB
04 Aprel 2025 Rəsmi Bakı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ
04 Aprel 2025 Bakı metropolitenində yanğın təhlükəsizliyi təlimi
04 Aprel 2025 Kursantların vəzifələri müəyyənləşir - Siyahı
04 Aprel 2025 Komanda rəisi də ola biləcəklər
04 Aprel 2025 Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
03 Aprel 2025 Dövlət Komitəsi: Şuşada qala divarları qorunub saxlanacaq
03 Aprel 2025 Toy etmək istəyənlərin nəzərinə: Qiymətlər kəskin artdı
03 Aprel 2025 Saray körpüsünün giriş-çıxışındakı bu obyektlər söküləcək
03 Aprel 2025 İyunda ardıcıl 4 gün iş olmayacaq
02 Aprel 2025 Vətəndaşların “BakıKart”dakı balansı bərpa olunub
02 Aprel 2025 Bakı metropoliteninin bayram günləri üzrə hərəkət qrafiki açıqlanıb
01 Aprel 2025 Bu ölkədə hepatit A-ya yoluxanların sayı artır - Həkimlər həyəcan təbili çalır
01 Aprel 2025 Hərbçilərlə bağlı məcəlləyə dəyişiklik edildi
01 Aprel 2025 Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək
01 Aprel 2025 Sabah hava necə oIacaq?
01 Aprel 2025 “Global Media Group” və “Baku TV" AZAL-ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlayıb - VİDEO
01 Aprel 2025 Novruz və Ramazan bayramları günlərində 501 yanğına çıxış olub

Xəbər lenti