|
Sürücülər bir çox hallarda dəmiryol keçidlərinin keçmə qaydasına əməl etmir. Dəmiryol keçidi təhlükəli yol sahəsi olmasına baxmayaraq sürücülər keçiddən necə keçməli olduqlarını da bilmir. Yol-xeber.az təqdim etdiyi görüntüdə qaydaları pozan 90-PR-394 qeydiyyat nişanlı avtomobilin sürücüsü, gəldiyi sürətlə əks istiqamətə çıxaraq dəmiryol keçidini keçir.
"Yol hərəkəti haqqında" Qanunun 44-cü maddəsinin III hissəsində 6-cı bəndində qeyd olunub ki, "qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır".
Qeyd etdiyimiz sürücü dəmiryol keçidinə yaxınlaşdığını görən zaman sürətini azaltmalı, 2.5 stop nişanında dayanıb yaxınlaşmaqda olan qatarın gəlmədiyini yəqin etdikdən sonra hərəkətə başlamalı idi. Bu qayda pozuntusuna görə həmin sürücü 80 manat və 4 cərimə balı ilə məsuliyyətə cəlb oluna bilər.