"Elə olub ki, bəy də ölüb, gəlin də" - Toy karvanları ilə bağlı DYP-dən XƏBƏRDARLIQ
“Toy karvanlarında avtomobillərin hərəkət pozuntusu ilə bağlı yüzlərlə fakt var”.

“Bu ilin əvvəlindən toy karvanlarında avtomobillərin hərəkət pozuntusu ilə bağlı yüzlərlə fakt var”.

Bu sözləri Lent.az -a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib. Artıq Məhərrəm ayı başa çatdıqdan sonra toylar başlayıb və bununla əlaqədar yollarda toy karvanlarının yaratdığı tıxac da özünü göstərir. Cari ilin təkcə avqust ayında toy karvanlarının törətdiyi bir neçə qəza halı qeydə alınıb. Nəticədə 10-dan artıq insan yaralanıb. Bəs bu problemin aradan qalxması üçün hansı işlər görülür?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Tahir Kərimli Lent.az -a məsələnin mənəvi əsaslara söykəndiyini deyərək, sanksiyaların tətbiq olunmasının çətinliyini bildirib:

 

“Hüquq komitəsində bu barədə rəsmi müzakirələr yoxdur. Amma qeyri-rəsmi müzakirələr var. Bu məsələ hamını çox narahat edir. Şəxsən özüm də bu məsələyə dönə-dönə qayıdıram. Dəfələrlə qeyd etmişəm ki, hüququn ən əsas mənbəyi xalqımızın adətləridir. Toy məsələsi də adətlərdən olduğu üçün onu sanksiyalaşdırmaq, qanuna mindirmək çətin olur. Bir sıra dövlətlərdə buna sanksiyalar tətbiq olunub və ictimaiyyət bu sanksiyaları hüquq pozuntusu kimi qiymətləndirib. Amma gec-tez toy məsələsində bir məhdudiyyət qoymağa məcbur qalacağıq. Çünki əvvəlki dövrlərə nisbətən əhali artdıqca xeyir işlərin sayı da artır, yollarda gediş-gəlişdə problemlər yaranır. Bunun qarşısının alınması üçün yollar axtarırıq, ancaq biraz mənəvi çətinliklər yaradır, qınaqdan qorxuruq. Toy yiyəsi, şadlıq evi rəhbərliyi, gəlin maşını sahibi narazılıq edir. Dəfələrlə görmüşük, polis karvanından birini saxlayır, sürücü qayıdır ki, həyatda bir dəfə olur də. Belə hallar olur. Sizin də bu mövzunu aktuallaşdırdığınız üçün məsələni komitə rəhbərliyi ilə müzakirə edəcəyik. Məsələni nizama qoymaq lazımdır”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Lent.az -a danışarkən tələb olunan qaydaların düzgün yerinə yetirilməsini qeyd edib:

“Toylar başladı və artıq hər zamankı kimi bəy-gəlin maşınını müşayiət edən avtomobillərin kobud yol hərəkəti pozuntuları aşkarlanır. Bu da yol-nəqliyyat hadisəsinə, digər yol hərəkət iştirakçıların narahatlığına, süni sıxlığa səbəb olur ki, haqlı olaraq digər sürücülər də narazılıq edirlər. Toy karvanlarındakı sürücülərə üzümü tutub deyirəm ki, ətrafda yol polisi görmədiyiniz üçün elə bilirsiniz ki, sizə nəzarət edilmir. Əslində elə deyil. İlin əvvəlindən Bakı şəhər yollarına nəzarət edən kameralarda toy karvanlarında pozuntuya yol verən yüzlərlə sürücü aşkarlanıb ki, onlara da qanunvericiliyin tələbləri ilə cərimələniblər. Bir daha xəbərdarlıq edirik ki, toy karvanlarında bəy və ya gəlinin yaxın 5-6 adamı iştirak etsin. Həmçinin lüzumsuz olaraq, aşağı sürət həddini seçməyin, yolu bütöv tutmaqla səs siqnalları ilə yol istəməyin. Yol ayrıcılarında, svetaforda tələblərə uyğun hərəkət edin. Hər hansı avtomobilin kəsişmədə digər avtomobilin qarşısını kəsməklə bəy-gəlin maşınına yol etməsi kobud pozuntudur və sözsüz ki, inzibati tənbeh üçün şərait yaradır. Düşünürük ki, yol-nəqliyyat hadisəsi baş verməməsi və hərəkət edərkən ləngimə halları olamaması üçün bu tələblər yerinə yetirilməlidir. Biz də ailə quran gənclərimizi təbrik edirik, valideynlərə gözaydınlığı veririk. Xahiş edirik ki, tələblərimizi də düzgün yerinə yetirin. İnzibati tənbeh edilib-edilməməsinə baxmayaraq nümunəvi hərəkət nümayiş etdirin”.

Vaqif Əsədov həmçinin yol kənarında olan şadlıq evləri və dayanma-durma qaydalarını pozan sürücülərdən də danışıb:

“Yollara bitişik şadlıq evlərinin qarşısında dayanma-durma qaydalarına düzgün riayət edilməməsi hərəkətə mane olur. Buna görə də qaydaları düzgün izah etməyə çalışırıq. Yol hərəkətinin təşkili sırf yol polisinin funksional vəzifəsidir. Bu vəzifənin yerinə yetirilməsi üçün qanunvericilikdə müddəalar nəzərdə tutulub. Hörmətli avtomobil sahibləri, bunları inzibati tənbeh nəzərdə tutulması üçün demirik. Vətəndaş məmnunluğunun yaranması, hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin edilməsi, onların ləngimədən hərəkət etməsi üçün bir daha xatırladırıq ki, bu tələblər düzgün yerinə yetirilməlidir. Adətən toy karvanlarında hansısa avtomobili saxlayanda yol polisi ilə sürücü arasında anlaşılmazlıq olur. Sürücülər bu məsələyə “bir dəfə olur də” reaksiyası ilə yanaşırlar. Ancaq toy karvanlarının törətdiyi qəzalar məlumdur ki, bəy də ölüb, gəlin də. Ömürdə bir dəfə olan bu prosesdə elə etmək lazımdır ki, kimsə həyatından birdəfəlik məhrum olmasın”.

26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti