|
Bakı-Şamaxı yolunda hərəkətin təşkilinə dəyişiklik edilib. Yol-xeber.az xəbər verir ki, Bakı-Şamaxı yolunun "At Yalı" deyilən ərazisindəki geriyə dönmə yerində sürücülər sol zolaqdan düzünə hərkət edərkən yol polisləri tərəfindən qanunsuz olaraq saxlanılıb cərimələnirdilər. Bu barədə sürücülər redaksiyamıza dəfələrlə şikayətlərini göndərirdilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Hərəkətin Təşkili Şöbəsi, sürücülərin hüquqlarının pozulmasını nəzərə alaraq hərəkətin təşkilinə dəyişiklik ediblər.
Dəyişiklikdən sonra ən sol zolaq geriyə dönənlər üçün ayrılıb, orta zolaqdan da sola dönməyə icazə verilib. Yol nişanları və nişanlanma xətlərini mükəmməl şəkildə təşkil edərək sürüclərin rahat hərəkətini təmin ediblər.