|
Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşları Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında magistral yola yaxın ərazilərdə yerləşən məktəblərdə maarifləndirici tədbirlər keçirib. Yol-xeber.az xəbər verir ki, tədbirdə polis əməkdaşları, məktəblərin rəhbərliyi və şagirdlər iştirak ediblər. Qeyd olunub ki, bu cür görüşlərin keçirilməsində məqsəd şagirdləri təhlükəsizlik qaydaları ilə tanış etmək və gələcəyimiz olan uşaqları baş verə biləcək yol qəzalarından qorumaqdır. Həmçinin balacalara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları izah olunub, iştirakçılarla yol mədəniyyətinin yüksədilməsi barədə maarifləndirici söhbətlər aparılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Məktəblərin giriş hissəsinə Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı maarifləndirici materiallar əks olunmuş plakatlar vurulub.