Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.

APA-nın sorğusunu cavablandıran Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi. 

Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub: ” Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər. Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər”.

Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.

26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti