|
Xalq artisti Aygün Kazımovanın oxşarı peyda olub.
Kult.az Publika.az-a istinadən xəbər verir ki, noyabr ayında Bakı, Sumqayıt və bir neçə şəhərdə silsilə konsertlər verməyə hazırlaşan “Bu şəhərdə” komandası bu barədə sosial şəbəkədə məlumat yayıblar.
"Konsert Aygün Kazımovanın və Rauf Əhmədovun “Yaraşdın mənə” mahnısının parodiyası ilə açılacaq. Xalq artistinin obrazını onun oxşarı stilist-vizajist Gülruh Nəcəfova canlandıracaq. İndiyə kimi belə bənzərlik olmayıb", - Rafael İsgəndərov bildirib.