İspaniya "La Liga"sında "El Klasiko" madridlilərin qələbəsi ilə yekunlaşıb.

Çempionatın 32-ci turunda "Real"'-"Barselona" oyunu baş tutub.

"Estadio Santiago Bernabeu" stadionunda keçirilən matç 3:2 hesabı ilə meydan sahiblərin üstünlüyü ilə sonlanıb.

Qarşılıqlı qollarla keçən oyunda "kral klubu"nun qələbə qolunu 90+1-ci dəqiqədə Cud Bellinqem vurub.

Bu nəticədən sonra xallarını 81-ə çatdıran "Real Madrid" turnir cədvəlinə başçılıq edir. "Barselona" 70 xalla ikinci, 68 xallı "Jirona" isə üçüncü pillədə qərarlaşıb.

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub.

Həmin görüntünü təqdim edirik: 

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun maraqlı görüntüsü yayılıb.

Evindən çıxan məşqçini təsadüfən balaca fanatı yaxalayıb. Yanına qaçan oğlanın istəyini qırmayan Qurbanov onunla foto çəkdirib.

Sözügedən görüntünü təqdim edirik:

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən titullu idmançımız Hacı Əliyevin Bakıda keçirilən turnirdə sonra səhhətində problem yaranıb. 

Bu barədə güləşçi sosial şəbəkə hesabında paylaşım edib. 

Hacı Əliyev fransalı rəqibi ilə yarışda zədə alıb və bu səbəbdən gözü iltihablaşıb. 

İdmançı hazırda özünü yaxşı hiss etdiyini və ev şəraitində mülaciəsini davam etdirdiyini bildirib. 

"Qarabağ” klubu futbolçusu Abdullah Zubirə yeni müqavilə təklif edib.

Trend xəbər verir ki, Ağdam təmsilçisi aparıcı oyunçusunu buraxmaq fikrində deyil.

Fransalı yarımmüdafiəçinin Azərbaycan çempionu ilə hazırkı sözləşməsinin müddəti bu mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından "Qarabağ”da çıxış edir.

Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19 komandası ilə çıxacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erol Bilecik bildirib. Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: "Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".

O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.

Qeyd edək ki, aprelin 27-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

qurban-qurbanov-dunya-reytinqinde-ireliledi

Baş məşqçilərin yeni reytinqi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 500 mütəxəssisi yer alıb.

Cədvəldə yenə Azərbaycanın bir məşqçisi yer alır. Belə ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1 pillə irəliləyib. 52 yaşlı mütəxəssis 1670 xalla 139-cu yerə yüksəlib.

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də mövqeyini yaxşılaşdırıb. Bir pilləlik irəliləyişə nail olan monteneqrolu 1616 xalla 195-cidi.

Qeyd edək ki, siyahıya 2221 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Qarabağ" arasında baş tutan ilk matçında insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, söhbət "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan "İmarət"in üzvləri arasında başverənlərdən gedir.

0:4 uduzan "ağ qaralar"ın "2 nömrə"si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb.

Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb.

18 il şərəfini qoruduğu klubun tərəfdarları onun ünvanına təhqir dolu təzahurat səsləndiriblər.

Qarşılaşdığı mənzərdən məyus olan Qarayev əsəbi halda qonaq tərəfdarlara reaksiya verib.

 Ardınca tribunalara yaxınlaşan futbolçu "Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın" - deyib.

“Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindir. Amma klubumuza rəsmi təklif yoxdur. Məni narahat edən məqam da odur ki, çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm. Əfsuslar olsun. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsalar da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Futbolçularım peşəkardır. Hamısı yaxşı insanlardır, sözlərə qulaq asan, əməl edən idmançılardır”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi”yə qarşı keçirilmiş ilk oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, “Latsio”dan təklif alması xəbərinə münasibət bildirib: “Bu barədə çox danışmağa ehtiyac yoxdur. Mən öz fikirlərimi yayındırmaq istəmirəm. Uzaqdan-uzağa hansısa xəbər göndərirlər ki, olsa necə idi? Mənim cavabım qətidir, "Qarabağ"dayam. O haqda düşünmürəm”.

AFFA-nın yeni prezienti müəyyənləşib.

Milli assosiasiyanın növbəti Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib.

Quruma yeni rəhbər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib.

 

 

 

Xəbər lenti