"Düşünürəm ki, çətin qrupa düşdük".

"Bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasındakı püşkatma barədə danışarkən deyib.

Mütəxəssis səbətlərin ən güclü komandaları ilə qarşılaşacaqlarını söyləyib: "Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.(Report)

Əməkdar məşqçi, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

“Report”un məlumatına görə, o, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı Bakı Tibb Kollecində yerləşən 2 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir. Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür. Rəqs edərək və tempi hesablayaraq arıqlama məşqləri aparan məşqçinin qiymətləri son günlər cəmiyyəti maraqlandıran məsələlərdən biridir.

Yenisabah.az Çaqayevin məşq qiymətləri ilə maraqlanıb. Belə ki, 60 günlük xüsusi məşq proqramına qoşulmaq üçün nə az, nə çox 1000 manat ödəmək lazımdır.

Proqrama qoşulan zaman şəxsə özəl, onun məqsədinə uyğun xüsusi yemək proqramı yazılır. Məşqlər idmançının nəzarəti altında, həftədə 3 dəfə aparılır.

Lakin məşhur məşqçinin proqramına qoşulmaq elə də asan deyil, bunun üçün öncədən sıraya yazılmaq lazım olur.

Qeyd edək ki, Çaqayev “TikTok” və “İnstagram”ın aktiv istifadəçisidir, onun “TikTok” səhifəsinə 860 000 izləyici abunə olub, baxışlarının sayı isə 20 milyonu keçib və artmaqda davam edir. Onun məşqlərdə çəkilən videoları sosial şəbəkədə yayılaraq qlobal TikTok tendensiyalarına çevirilib.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.

Təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.

 Barışıq əldə olunduqdan sonra zərəçəkmiş Həsən Əzizov və təqsirləndirilənlərdən biri çempion Tofiq Musayev Bakupost.az -ın redaksiyasına gələrək müsahibə veriblər.

Futbol matçları zamanı yeni qayda tətbiq olunacaq.

Offsideplus.az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, VAR qərarları verilərkən bu, stadionda da səsləndiriləcək. Yeni qaydanı FIFA təsdiqləyib.

Portuqaliya bu qaydanı sınaqdan keçirəcək ilk ölkə olacaq.

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli ciddi zədə alıb.

26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilən yoxlama görüşündə sıradan çıxıb.

Emreli bu səbəbdən qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənib. Baş məşqçi Sergey Yakiroviç onun zədəsinin ciddi olduğunu açıqlayıb. Mütəxəssis forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu, bu üzdən uzun müddət kollektivdən kənarda qalacağını söyləyib.

Millimizin üzvü ilə bağlı son qərar Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra veriləcək. Ancaq onun hətta mövsümü başa vurmaq ehtimalı da istisna edilmir.

Qeyd edək ki, “Dinamo” “Roqaşka”nı 1:0 hesabı ilə məğlub edib.(Report)

AFFA bu il Superkubok uğrunda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçirilməli olan oyuna ev sahibliyi etməklə bağlı Türkiyə Futbol Federasiyasından (TFF) konkret təklif almayıb.

Bu barədə milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. Onun sözlərinə görə, bu ilin yay aylarında TFF-nin ovaxtkı baş katibi Kadir Kardaş AFFA rəsmiləri ilə əlaqə saxlasa da, sonradan quruma heç bir müraciət daxil olmayıb:

“K. Karataş bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var. Soruşdu ki, ümumiyyətlə, oyun Bakıda keçirilsə, buna münasibətiniz necə olar? Cavabımız, təbii ki, müsbət oldu”.

AFFA rəsmisi bildirib ki, həmin söhbət əsnasında maliyyə məsələləri müzakirə olunmayıb: “TFF-nin baş katibi bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq, lazım gələrsə, yenidən sizə müraciət edəcəyik. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət oldu. Daha sonra isə bizimlə əlaqə saxlanılmadı”.

E. Məmmədli “Yenidən TFF-dən Superkubok matçı ilə bağlı təklif gəlsə, cavabınız necə olar” sualına isə belə reaksiya verib: “Birinci növbədə klubların təqviminə baxmaq lazımdır. Ümumiyyətlə, oyun nə vaxt keçiriləcək, hələ məlum deyil. Bütün bu məsələlər, təbii ki, müzakirə olunmalıdır”.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb.(AZƏRTAC)

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan Türkiyə Superkubokunun Xankəndi stadionunda keçirilməsini təklif edib.

Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Siyasətçi Türkiyənin “Fənərbağça” və “Qalatasaray” klubları arasında Ər-Riyadda planlaşdırılan oyunun ləğvi ilə bağlı insidenti şərh edib.

“Əgər ancaq xaricdə oynamaq istəyirsənsə, Xankəndidəki stadionu tövsiyə edirəm. Əks təqdirdə, bu matçı paytaxtda keçirmək daha yaxşıdır”, - türkiyəli siyasətçi qeyd edib.

Xankəndidə keçirilən “Qarabağ” - MOİK oyunu başlayıb - YENİLƏNİB

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

“Report”un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda üz-üzə gələcək “Qarabağ” və MOİK komandaları start heyətlərini açıqlayıblar.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar.

“Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.

Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.

Baş məşqçi: Qurban Qurbanov.

MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.

Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.

Baş məşqçi: Qəzənfər Abbasov.

Qeyd edək ki, görüş saat 14:00-da başlayacaq.

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Son gündə iki oyun keçiriləcək.

Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki “Qarabağ” - MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə “hərbçilər”in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cu ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. "Qarabağ" - MOİK görüşünün qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.

1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılacaq. “Neftçi” I Liqanın lideri “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. “Neftçi Arena”da baş tutacaq görüşü Kamran Əliyev idarə edəcək. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

Azərbaycan Kuboku
1/8 final
21 dekabr

14:00. “Qarabağ” – MOİK

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi Arena”.

Xəbər lenti