Avroliqanın 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer 04” oyuna ciddi itkilərlə çıxacaq.

Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 3 futbolçudan yararlana bilməyəcək. Bunlar müdafiəçi Artur, hücumçu Viktor Bonifes və yarımmüdafiəçi Noay Mbambadır.

Qeyd edək ki, sabah "BayArena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək.

"Report"un məlumatına görə, qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçiriləcək.

"Arsenal" Londonda Portuqaliyanın "Portu" kollektivini qəbul edəcək. "Topçular"da Yurrien Timber, qonaqlarda İvan Markano və Zaidu zədə səbəbindən meydana çıxmayacaqlar. İlk matç "Portu"nun qələbəsi ilə bitib - 1:0.

Digər oyunda "Barselona" İtaliyanın "Napoli" komandasını sınağa çəkəcək. Kataloniya təmsilçisində Alexandro Balde, Qavi və Pedri zədəlidir. Neapol klubunda isə itki yoxdur. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb - 1:1.

Qeyd edək ki, daha əvvəl PSJ və "Bavariya" 1/4 finala vəsiqə əldə ediblər.

bokscumuz-ermeni-reqibine-qalib-gelerek-14-finala-cixdi

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.

“Qarabağ”ın legioneri Marko Yankoviç karyerasına Avropada davam edə bilər.

Monteneqrolu futbolçu ilə Almaniyanın “Auqsburq” klubu yaxından maraqlanır. Klub təmsilçisi Avroliqanın 1/8 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Bayer-04” oyununu canlı stadiondan izləyib.

Qeyd edək ki, "Auqsburq" həmçinin Abdullah Zubiri də heyətinə qatmaq niyyətindədir. (azerisport)

İlk hissədə nə baş verdiyini anlaya bilmədik. Belə vəziyyətlə birinci dəfə idi ki, qarşılaşırdıq.
Bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer 04" matçından sonra jurnalistlərə açıqlamasında Almaniya klubunun kapitanı Conatan Ta bildirib.

Müdafiəçi hesabda geri düşmələrinə baxmayaraq, ruhdan düşmədiklərini vurğulayıb: "Oyuna necə başlamağımız rekordlardan daha vacibdir. İki qol buraxdıqdan sonra özümüzü həm məyus, həm də qəribə hiss etdik. Amma sınmadıq. "Qarabağ"ın gücündən xəbərdar idik. Onları ilk hissədə dayandıra bilmədik. İkinci hissədə isə meydanda üstün tərəf biz idik və oyuna diqtə etməyi bacardıq".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

// report.az

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb.

Baku.ws xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

Təmsilçimiz qonaqların 34 oyunluq məğlubiyyətsiz seriyasına son qoymağa çox yaxın olub. Lakin "Bayer 04" əlavə vaxtda hesabı bərabərləşdirə bilib. 

Matç sonrası “TRT Spor” "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fotosu ilə maraqlı paylaşım edib.

Paylaşımı təqdim edirik:

 

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.
Qurumun rəsmi saytının siyahısında "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Olaviyo Juninyo da yer alıb.

Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda "Roma"nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, "Marsel"in qabonlu forvardı Pyer-Emerik Obameyanq və "Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda "Bayer 04"ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Bayer 04" ilə "Qarabağ" arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.

Martın 7-də Avropa Liqasının 1/8 finalında "Qarabağ" "Bayer 04"lə üz-üzə gələcək.
Qarşılaşmadan öncə UEFA görüşün təşkili ilə bağlı Ağdam təmsilçisinə xəbərdarlıq edib.

Bu məlumatı Offsideplus.az-a açıqlamasında klubun mətbuat katibi Anar Hacıyev təsdiqləyib. "Köhlən atlar"ın rəsmisinin sözlərinə görə qurum Ağdam təmsilçisinə bloger və azarkeşlərin davranışları ilə bağlı xəbərdarlıq edib:

"Bu məsələ ilə bağlı açıqlamamız olmuşdu. Blogerlə bağlı detallı şəkildə xəbərdarlıq gəlib. Problem çəkilən videolar və davranışlarla bağlıdır. Bu səbəbdən də oyunda blogerlərlə bağlı məhdudiyyətlər olacaq. Azarkeş davranışları ilə bağlı da xəbərdarlıq olunub. Amma hansısa Cərimə dən söhbət gedə bilməz".

Xəbər verdiyimiz kimi, ilk dəfə Xankəndi–Bakı ultra marafonuna start verilib.

Yarışdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tarixi anların görüntüsünü təqdsim edirik:

“Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Bunu klubun saytına açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının 1/8 final mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirən təcrübəli mütəxəssis “Bayer”lə qrup mərhələsində qarşılaşdıqlarını xatırladıb. Qurbanov güclü rəqiblə matçlarda baxımlı oyun nümayiş etdirməyə çalışacaqlarını bildirib:

“Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir".

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab matçı bir həftə sonra Leverkuzendə olacaq.

Xəbər lenti