Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək.

“FIFA series – Edition 2024”

25 mart

20:00. Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series - Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək.

Azərbaycan millisi birinci görüşünə çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gələcəklər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlayacaq.

“FIFA series - Edition 2024”

22 mart

20:00. Azərbaycan - Monqolustan

Baş hakim: Zorbay Küçük (Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Türkiyənin "Beşiktaş" klubu Qurban Qurbanovla maraqlanır.

Qaynarinfo xəbər verir ki, bui barədə "Fotospor" portalı məlumat yayıb.

Bildirilir ki, İstanbul klununun futbol direktoru Samet Aybaba Leverkuzendə keçirilən Avropa Liqasının "Bayer" - "Qarabağ" matçını izləyib. O, "Qarabağ"da Abdullah Zubir və Juninyonu bəyənib. Üstəlik baş məşqçi Qurban Qurbanovun oyun stili Samet Aybabanın diqqətini çəkib.

İddia olunur ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanov 16 il sonra komandadan ayrılmağı və karyerasını Super Liqada davam etdirməyi planlayır. 

O da qeyd edilir ki, hazırkı çalışdırıcı Fernandu Santuşdan sonra "Beşiktaş"ın baş məşqçisi postuna ən layiqli namizəd Qurban Qurbanov hesab olunur. 

Türkiyənin "Eyüpspor" klubunun baş məşqçisi Arda Turan "Qarabağ"ın oyunu ilə bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı mütəxəssis "instaqram"ın hekayə bölməsində Ağdam klubunun oyunundan şəkil qoyaraq "Möhtəşəm mübarizəyə görə təşəkkürlər. Təbriklər” yazıb.

 

 

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, məşhur idman saytları təmsilçimizin oyunu barədə paylaşımlar edib.

Daily Sports: "Qarabağ" nağıl kimi uğurun bir addımlığında idi. "Bayer"dən möhtəşəm geridönüş

BR Football: 10 nəfərlə oynayan "Qarabağ" 2:0 hesabı ilə "Bayer"ə qalib gəlməyə çox yaxındır ("Qarabağ"ın 2:0 hesablı üstünlüyü zamanı)

BBC Sport: "Bayer"in məğlubedilməzlik seriyası davam edir. Xabi Alonsonun komandası 70-ci dəqiqəyə qədər Azərbaycan klubuna 0:2 uduzurdu

Socrates: "Bayer"in məğlubiyyətsizlik seriyasını bitirməyə ən çox onlar yaxınlaşdı - Qarabağ FK

TRT Sports: Qurban Qurbanovun "Qarabağ"ı Avropaya damğa vurdu, amma olmadı

BBC.com: "Bayer Leverkuzen" "Qarabağ"ı dramatik şəkildə məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəldi

Relevent Sports: "Bayer" "Qarabağ" tərəfindən mübarizədən kənarlaşdırılmağa çox yaxın idi. Son dəqiqələrdə vurulan 2 qol Xabi Alonsonun komandasını xilas etdi

Beinsports.com: "Bayer" Leverkuzen əsas vaxtda iki qol vuraraq “Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı

Vavel.com: "Bayer toparlanmağı bacardı və bəxti gətirdi ki, hakim vaxtı 10-cu dəqiqəyə qədər uzatdı

Flashscore.com: Patrik Şikin qəhrəmanlığı "Bayer"ə "Qarabağ" üzərində qələbə qazandırdı

Goal.com: Xabi Alonso ölümsüzdür! "Bayer Leverkusen" inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu

Espndeportes.com: Frimponq və Şikin qolları Almaniya təmsilçisinə yüksək xəyallar qurmağa imkan verdi.

Marca.com: Xabi yenə sarsılmadı - "Bayer Leverkusen" ilk oyunda olduğu kimi geri dönüş etdi

Fanatik.com.tr: "Bayer Leverkuzen" - "Qarabağ" matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu

Sportbox.ru: "Bayer" "Qarabağ"ı əsas vaxtda məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəlib.

Avroliqada "Qarabağ"ı son dəqiqələrdə məğlub etməyi bacaran alman klubu çətinlik çəkdiyini etiraf edib.

 "Bayer" Leverkuzenin sosial media hesabı təmsilçimizlə qarşılaşmadan sonra maraqlı paylaşımı ilə diqqət çəkib.

"Komandanıza böyük hörmət! Bizə 4 gözəl oyun hədiyyə etdiniz, amma xahiş edirəm, bunu bir daha təkrar etməyək!", - deyə qeyd edilən postun sonuna gülüş smayliki qoyulub.

Xatırladaq ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer"in qonağı olan "Qarabağ" son dəqiqələrdə buraxdığı qolla məğlub olub - 3:2.

 

 

 

"Qarabağ" klubuna oyunda edilən hakim haqsızlıqları barədə paylaşım edilib.

"Tbunu dünyaca məşhur futbol səhifəsi roll Football" edib.

Səhifə öz paylaşımında bunları yazıb:

 

"Bayer Leverkusen"in köməyə ehtiyacı var və o an hakim".

 

 

 

Futbolçularıma son ana kimi mübarizə apardıqlarına, azarkeşlərimizə isə bizə dəstək olduqlarına görə təşəkkür edirəm.

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Elvin Cəfərquliyevin qırmızı kart alaraq meydandan qovulması işlərini daha da çətinləşdirib: "10 nəfərlə meydanda qaldıq. Buna baxmayaraq, komandamız çox yaxşı oyun göstərdi. Rəqib qapımıza gözlənilməz qollar vurdu. Lakin çox çalışdıq. Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik.

Görüş çox ağır keçdi. Bu gün anladıq ki, öz üzərimizdə daha çox işləməliyik. Yaxşı nəticə üçün çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq".

Rəqib komandanı təbrik edən və növbəti mərhələdə onlara uğurlar arzulayan çalışdırıcının sözlərinə görə, belə iddialı rəqiblərə qarşı oynamaq üçün təcrübəni daha da artırmaq lazımdır: "Çətin komanda ilə üz-üzə gəldik. Lakin dözümlü olmalı, bu dinamikaya öyrəşməliyik. Belə turnirlərdə iştirak bizim üçün çox vacibdir. Çalışmalıyıq ki, əlimizə düşən fürsətlərdən yaxşı istifadə edək”.

Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

"Qarabağ" bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxacaq.

Azərbaycan çempionu Almaniyada "Bayer 04" komandası ilə üz-üzə gələcək.

"BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunu

14 mart

00:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Entoni Teylor.

Leverkuzen, "BayArena".

İlk oyun - 2:2.

UEFA Avropa Liqasının rəsmi feysbuk səhifəsi “Qarabağ”la bağlı növbəti dəfə maraqlı paylaşım edib.

“Qitənin ən nüfuzlu futbol təşkilatının sosial şəbəkə hesabında bu dəfə Ağdam təmsilçisinin futbolçusu Olavio Juninyoya yer verilib.

Sözügedən paylaşımda “Juninyo “Bayer”lə ( Leverkuzen) qarşılaşmada şou göstərdi” şərhi qeyd olunub.

Qeyd edək ki, Bakıda keçirilən “Qarabağ”-“Bayer” matçı 2:2 hesabı ilə bitib.

Cavab oyunu martın 14-ü, saat 00:00-da Almaniyada baş tutacaq.

Xəbər lenti