Mayın 1-dən etibarən Moskva və ətraf rayonlarda təbiət qoynunda, xüsusilə meşədə kabab bişirmək qadağan edilib.

Rusiya KİV xəbər verir ki, bununla bağlı federasiyanın Fövqəladə Hallar Nazirliyi rəsmi göstəriş verib.

Təbiətin yanğından mühafizə edilməsi məqsədini daşıyan qərara görə, rejimi pozanlar 2-4 min rubl arasında cərimə ediləcəklər.lent.az

“Mina probleminin miqyasının müəyyən olunması və həmin məsələnin beynəlxalq arenada qaldırılması məqsədi ilə beynəlxalq təşkilatların bəzilərini ölkəmizə dəvət etmişik. Bununla əlaqədar may ayında nüfuzlu təşkilatın Azərbaycana səfəri gözlənilir”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O bildirib ki, Minalar Əleyhinə Konvensiyanın illik konfranslar üzrə prezidentinin Azərbaycana gəlməsi ilə bağlı danışıqlar aparılır:

“Bundan başqa, minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt aparan prosesdir. Bir minanın zavodda istehsalı 3-30 dollar, onun tapılıb çıxarılması isə 300-1000 dollara qədər vəsait tələb edir”.

FHN-in keçirdiyi xilasetmə əməliyyatından ANBAAN VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb. FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, bir nəqliyyat qəzası və iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib, 5-i azyaşlı olmaqla 12 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Bakıda hərədən bir "ixtira": Qanunsuz parklanma erasına nə vaxt son qoyulacaq? - FOTO

Paytaxtda parklanmada yaranmış qanunsuzluq aradan qaldırıla bilər. Bu barədə bu gün jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. O deyib ki, paytaxtda pulsuz olan parklanma yerlərindən pul yığan "parkovşik"lərin BNA-ya aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz: "Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib", - deyə V.Kərimli bildirib. BNA rəsmisi deyib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə açıqlanacaq.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, parklanma ilə bağlı məsələ Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Bu məsələni BNA yol polisi ilə məsləhətləşib təşkil edə bilər. Onun sözlərinə görə, ola bilər ki, BNA haradasa parklanma yeri yaradır, amma yol polisi bunu məqsədəuyğun saymır. Ona görə də məsləhətləşmədən sonra parklanma yeri yaradılması mümkündür.

E.Muradlı deyir ki, bu gün paytaxtda parklanma ilə bağlı bir çox qanunsuzluqlar var. Bunlar BNA-nın pulsuz elan etdiyi parklanma yerlərindən qanunsuz vəsaitin yığılması, parklanma tarifi müəyyən olunmamış parkinq sahiblərinin özlərindən parklanma qiyməti müəyyən etməsi və sair məsələlərdir.

Ekspert deyir ki, BNA-nın parklanmada tariflərin müəyyən olunması ilə bağlı Nazirlər Kabinetinə müraciəti bu günədək baxılmamış qalır. Həmsöhbətimiz bildirir ki, bu sənəddə beynəlxalq təcrübəyə əsaslanan təklif irəli sürülüb. Həmin təklifə görə, parklanmada vahid qiymət standartı müəyyən edilə bilməz. Çünki şəhərin mərkəzi ilə mərkəzdən bir qədər kənar ərazisində və şəhərin tam kənarında parklanma qiyməti eyni ola bilməz: "Dünyanın bir çox ölkələrində də parklanma qiymətləri fərqlidir. Burada gecə-gündüz tarifləri, yerli sakinlərin pulsuz istifadə etməsi, ərazidə işləyənlərin daha sərfəli qiymətə parklanmadan istifadə etməsi kimi məsələlər var".

E.Muradlı deyir ki, bu gün paytaxtda pulsuz elan olunan parklanma yerlərindən qanunsuz pul yığanlar Bakı Şəhər İcra Hakimiyyəti dövründə də qanunsuz olaraq parkomatlar quraşdıraraq qeyri-qanuni pullar yığırmışlar. Həmin vəsait də parkinqlərə nəzarət edən şəxslərin cibinə gedirmiş.

Ekspertin sözlərinə görə, BNA nə qədər parklanma tarifləri müəyyən olunanadək həmin ərazilərdə parklanmanın pulsuz olduğunu lövhələrə yazıb vursa da, "ASA Parkinq" adlı bir şirkət öz işçilərini xüsusi forma və ödəmə terminalı ilə təmin edərək qanunsuz parkinq xidməti göstərir. Bu şirkətin əməkdaşları hər avtomobilin parklanmasına görə 1 manat parklanma haqqı alırlar:

"Bu azmış kimi, sürücülərə hədə-qorxu da gəlirlər ki, avtomobilə zərər dəyəcək, cərimə gələcək. Həmin şirkət iddia edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun dövründə müqavilə əsasında 120-yə yaxın parkinqi icarəyə götürüb. Dövlətin nəzarətində olan parkinqlərin hansısa şirkətin nəzarətinə verilməsi isə gülünc və təəccüb doğuracaq məsələdir. Parkinqlərə nəzarət səlahiyyəti BŞİH-in əlindən alınanda bu şirkətin müqaviləsi avtomatik ləğv olunsa da, şirkət işinə davam edir. BNA dəfələrlə açıqlama verib ki, parkinq pulsuzdur. Buna baxmayaraq, onlar fəaliyyətlərini davam edirlər".

E.Muradlı deyir ki, əgər kimsə gəlib vətəndaşdan qanunsuz pul alırsa, buna artıq hüquq mühafizə orqanları baxmalıdır. Onun sözlərinə görə, hətta bununla bağlı BNA da hüquq mühafizə orqanlarına müraciət edib: "Maraqlıdır ki, bu gün o qanunsuz parkinqlərə pul verənlər arasında hüquq mühafizə orqanlarının əməkdaşları da var. Ən maraqlı məqam isə odur ki, onlar hələ də BŞİH-in onlara verdiyi geyim formasından istifadə edir, dövlətin vəsaiti ilə alınan ödəmə terminallarını işlədirlər, o avadanlıqlarla qanunsuz pul yığırlar".

"Bu gün parkinqlərlə bağlı çox böyük problem var. Özəl parkinqlərin öz ərazisi olsa da, onlar da parklanma tarifi məlum olmadığından qiymət tətbiq edə bilməzlər", - ekspert bildirir.

E.Muradlı parklanma ilə bağlı daha bir qanunsuzluğun dövlət qurumlarının öz ərazisində parklanma təşkil etməsində olduğunu söyləyir. Onun sözlərinə görə, dövlət qurumları qanunvericiliyə görə öz ərazilərində giriş-çıxışı pullu edə bilərlər. Ekspert deyir ki, qanunun bu imkanından sui-istifadə edən dövlət qurumları öz ərazilərini parklanma yerlərinə çevirib: "Məsələn, "Azərbaycan Dəmir Yolları" QSC-nin özü üçün Dəmiryol Vağzalının aşağı hissəsində parkinq yaratması, vətəndaşlardan pul yığması tam qanunsuz hərəkətdir. Bunun heç bir əsası yoxdur. Orada əvvəllər açıq parkinq vardı, insanlar avtomobillərini saxlayırdılar. Amma qurum orada qanunsuz parkinq yaradıb özbaşına qiymət tətbiq edir. Tarif Şurasının heç bir qərarı yoxdursa, "Azərbaycan Dəmir Yolları" QSC orada hansı əsasla parkinqə qiymət tətbiq edib? Qanunla parklanma yerlərində 15 dəqiqə pulsuz dayanmaq olar. Bu, "Yol Hərəkəti Haqqında" qanunda yazılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin ixtira etdiyi o dayanacaqda isə müddətdən asılı olmayaraq çıxan avtomobillərdən 1 manat alınır".

Həmsöhbətimiz deyir ki, analoji vəziyyət bu gün Beynəlxalq Hava Limanında da müşahidə olunur: "Hava limanının ərazisinə avtomobillə daxil olan şəxs 1 manat pul ödəyir. Dünyanın əksər ölkələrində hava limanının ərazisinə giriş-çıxış pullu deyil. Hava limanı bulvara yaxın deyil ki, orada insanlar avtomobilini park edib bulvara çay içməyə getsinlər. Hava limanı şəhərdən çox kənardır. Buraya sürücülər hava limanına gedən yaxınlarını gətirirlər. Buna görə onlardan 1 manat pul alınır. Eyni təcrübə bu gün Binə və Sədərək ticarət mərkəzlərinin çıxışında da tətbiq edilir".

E.Muradlı bildirir ki, hazırda parkinqlərdən qanunsuz yığımlarla bağlı işə hüquq mühafizə orqanları ilə yanaşı, vergi orqanları da qarışa bilər.

Parkinqlərlə bağlı Sputnik Azərbaycan-ın paytaxtda apardığı müşahidələr də qanunsuzluqların olduğunu təsdiqləyir.

BNA-nın parklanmanın pulsuz olduğunu elan etdiyi ərazilərdə avtomobil sürücülərindən parklanmaya görə qanunsuz ödəniş tələb olunur. Həmin ödənişi tələb edən "parkovşik"lər isə hansı şirkətin nümayəndəsi olduqlarını gizlədirlər.

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Dəmiryol Vağzalının aşağı hissəsində yaratdığı parkinq isə sərnişin və sürücülərin haqlı narazılığına səbəb olub. Burada yaradılmış parkinq avtobusların dayanacağa daxil olmasına maneə yaradır, nəticədə yolda tıxac yaranır.

Qeyd edək ki, hazırda V.Kərimlinin söylədiyinə görə, Bakı şəhərində 15 minə yaxın qanuni parklanma yeri var. 2020-ci ildə 300-ə yaxın məntəqədə 5300-dən çox əlavə parklama yeri təşkil edilib. V.Kərimli deyib ki, Bakıda hamı üçün parklanma yeri salmaq qeyri-mümkündür. Yeganə həll yolu parklanma yerlərinin idarə olunmasıdır. Bununla əlaqədar Agentlik yeni məsləhətçi şirkət cəlb edib. Nəticədə 2028-ci ilə qədər Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcək.

BNA rəsmisi deyib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə açıqlanacaq:

"Bizim strateji hədəfimiz parklanmada dövlətin tənzimləmə rolunu oynamaqdır. İlk dəfə olaraq qiymətlərin şəhər mərkəzilə kənar yaşayış yerlərində olan qiymətlərin diversifikasiyası həyata keçiriləcək. Çünki şəhər mərkəzi ilə yaşayış yerlərindəki parklanma qiymətləri eyni olmamalıdır. Parklanmanı həyata keçirmək üçün nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçdiyi, insanların hansı ünvanlarda yaşaması kimi məlumatlar şərtdir. Bu detalların alınması bu gün mövcud deyil. Biz bu gün bütün məlumatları küçəbəküçə analiz edirik. Ümumilikdə 8 zona üzrə 11 sosial iqtisadi zonada bölgü aparılıb. Zonaların özü də qiymət faktoruna təsir edən amillərdir".

Onun sözlərinə görə, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı Paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, "parkovşik" məsələsi qalmayacaq. V.Kərimli deyir ki, parklanma üçün qanunsuz pul yığımı əvvəlki dövrlərdən BNA-ya miras qalıb.

Texasın A&M universitetinin bir qrup tədqiqatçısı SARS-CoV-2 virusunu bir anın içində məhv etməyə imkan verən məmulat yaradıb.

 "Report" məlumat verir ki, alimlərin əldə etdikləri nəticələr Phys.org saytındakı press-relizdə dərc olunub.

Paslanmayan poladdan hazırlanmış bu boru seksiyasına koronaviruslu məhlul tökülür. Cihazı 72 dərəcə Selsiyədək qızdırdıqda, virusun titri cəmi yarım saniyə ərzində 100 min dəfə azalır. Bu isə patogeni neytrallaşdırmaq üçün kifayətdir.

Tədqiqatçıların məlumatına görə, termik işlənmə bu üsuldan mövcud isitmə, havalandırma və kondisioner sistemlərində istifadə etməyə imkan verəcək.

Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “WhatsApp Pink” tam zərərli bir tətbiqdir: “Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır. “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır”.

Astrobioloqlar Marsın nüvəsinin enerji və lazımi bütün maddələrlə təmin edəilərək mikrob həyatını dəstəkləyə biləcəyini kəşf ediblər.

Bu barədə “Astrobiology” jurnalında dərc olunan məqalədə bildirilir.

Mütəxəssislər Marsın səthindən qoparaq Yerə düşən meteoritlərin kimyəvi tərkibini analiz ediblər.

Bu qayaların daim su ilə təmasda olacaqları təqdirdə Yerin dərinliklərində yaşayan və Günəş tərəfindən işıqlandırılmayan bənzər mikroorqanizmlərin həyatı üçün vacib olan yan birləşmələr istehsal edə biləcəkləri müəyyənləşib.

Alınan məlumatlar Qırmızı Planetin nüvəsinin canlılar üçün potensial olaraq uyğun olduğunu göstərir.

Bir neçə fərqli Mars meteoritində tədqiqatlar zamanı onların tərkibində torium, uran və kalium kimi radioaktiv elementlərin, həmçinin sulfatlara çevrilə bilən sulfid mineralları və suyu tutmaq üçün kifayət qədər məsamə sahəsi olan süxurların olduğunu göstərir. Bu, Marsın həyatın mövcudluğu üçün uyğun şərtlərə sahib ola biləcəyini təsdiqləyib.

Elm aləminə məlumdur ki, əvvəllər Marsda aktiv yeraltı su sistemi mövcud olub və yeraltı suyun bu gün də mövcud olduğunu düşünməyə əsas var. (oxu.az)

Son vaxtlar yerli elan saytlarında dələduzluq halları geniş yayılıb.

Bu barədə ARB24-ün “Xəbərlər” proqramında bildirilib.

Məlumata görə, dələduzlar yerli və xarici mobil nömrələr vasitəsi ilə “Vatsap” üzərindən vətəndaşların elan saytlarına yerləşdirdiyi məhsulla alıcı kimi maraqlanırlar.

Daha sonra isə bu şəxslər məhsulu poçt vasitəsi ilə alacaqlarını bildirərək elan sahibindən Azərpoçtun imitasiya edildiyi linkə daxil olub, kart məlumatlarını əlavə etməyi xahiş edir. 

Bundan sonra isə həmin şəxslərin bank kartında olan məbləğ bu dələduzlər tərəfindən mənimsənilir.

Daha ətraflı süjetdə:

Azərbaycan Televiziyası Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunmuş televiziya filmi hazırlayıb.

“Sabahın zabitləri” adlı filmdə liseyin tarixinə nəzər yetirilib, burada təhsil alanların müsahibələrinə yer ayrılıb.

Çəkilişlər liseydə aparılıb, təhsil ocağının Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarından da bəhs edilib.

Filmdə nadir kadrlar da yer alıb. Belə ki, Ulu Önədər öz təşəbbüsü ilə 1971-ci ildə yaradılmış liseyin 1973-cü ildəki ilk buraxılışında iştirak edib. Liseyin ilk məzunlarının da əks olunduğu nadir kadrlar filmdə nümayiş olunub.

Xatırladaq ki, 2019-cu ildə liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Həmin açılışdan olan kadrlar da filmdə əks olunub.

“Sabahın zabitləri” filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elvin Mirzəyev, operatoru Adil Abbasovdur.

“Washington Post” və “ABC News” ABŞ prezidenti Co Baydenin işə başlamasının 100 günü münasibəti ilə əhali arasında sorğu keçirib.

“RİA Novosti” xəbər verir ki, sorğuya əsasən, dövlət başçısının reytinqi 52% təşkil edib ki, bu da ABŞ prezidentləri arasında Donald Tramp (42%) və Cerald Forddan (48%) sonra üçüncü ən aşağı göstəricidir.

Qeyd olunur ki, telefon sorğusu 18-21 aprel tarixləri arasında keçirilib. Sorğuda 1007 nəfər yetkinlik yaşına çatmış respondent iştirak edib.

Sorğu iki dildə - ingilis və ispan dillərində aparılıb. 

Xəbər lenti