Britaniya həkimləri infarktın əlamətlərini sadalayıblar.

Xarici mediaya xəbər verir ki, insanların sinəsində ağrılar birdən ortaya çıxarsa və kəskinləşərsə, sonra qollara, kürəyə, boyuna və ya çənəyə yayılarsa, tibb mütəxəssisləri təcili tibbi yardım almağa çağırır.

Nəfəs darlığı infarktın başqa bir əlamətidir.

Digər əlamətlərin arasında tərləmə, başgicəllənmə, ani narahatlıq hissi və ağciyərlərdə maye yığılması səbəbindən həddindən artıq öskürək və ya xırıltı da göstərilir.

İnsan beyni zamana səyahət etməyə qadirdir.

Fransa və Niderlanddan olan alimlərin bu barədə elmi işləri “Journal of Neuroscience”də yayımlanıb.

Tədqiqatçılar hesab edirlər ki, beynin xaricdən təsir edilə bilməyən daxili zaman axını var.

Bir qrup elm adamı nəzəriyyələrini sınamaq üçün, invaziv elektrod implantları tələb edən dərmana davamlı epilepsiya xəstələrinin beyinlərini araşdırıblar.

Təcrübə nəticəsində alimlər insan beyninin şüurumuzda zaman keçidi sayəsində meydana gələn epizodik hərəkətləri ölçdüyünü təsbit ediblər. Bunu insan beyninə xüsusi elektrodlar bağlayaraq müəyyən etmək mümkün olub.

Məlum olub ki, hansısa bir anda orqanda “müvəqqəti hüceyrələr” aktivləşib. Bu hüceyrələr hadisələrin ardıcıllığının daxili hissinə cavab verib.

Buradan belə bir nəticə çıxır ki, filmdə görməyə öyrəşdiyimizdən fərqli olsa da, bir insan “zamanda səyahətə” qadirdir. Və çox güman ki, kimsə artıq belə bir səfəri dəfələrlə həyata keçirməyi bacarıb.

Çimərliklərdə boğulma hallarının əsas səbəbi təhlükəsizlik tədbirlərinin görülməməsi və insanların qeyri-çimərlik ərazilərə üz tutmasıdır.

Bunu Trend-ə açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət insanların üzərinə düşür, yəni vətəndaşlar çimərliyə gedərkən ilk növbədə hava şəraitini nəzərə almalıdır:

"Boğulma hadisələrinə nəzər salsaq, təhlükə ilə üzləşənlərin əksəriyyətinin küləkli vaxtda çimərliyə gedənlər olduğunu görərik. Həmçinin çimərlik seçimində də diqqətli olmaq lazımdır. Natəmiz və nəzarətsiz olan çimərliklərə getmək olmaz. İnsanlar adətən daha əvvəl getdikləri çimərliyə üz tuturlar.

Çünki orada suyun hansı səviyyədə dərinləşdiyini, suyun altında daş-kəsəyin olub-olmadığını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, küləkli hava relyefi dəyişdirə, yarğanlar, su axınları əmələ gətirə bilər. Xilasedicilərin, qadağanedici işarələrin olmadığı yerlərə getmək tövsiyə edilmir. Digər tərəfdən ümumiyyətlə qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Yəni, çimərlik varsa, orada lazım olan bütün təhlükəsizlik tədbirləri görülməli, bundan sonra insanların ixtiyarına verilməlidir".

Ekspert boğulma təhlükəsi ilə qarşı-qarşıya qaldıqda necə davranılmalı olduğunu da açıqlayıb. Bildirib ki, boğulma hallarının başlıca səbəbi suda olan şəxsin təşvişə düşməsidir.

"İnsan təşvişə düşəndə daha çox fiziki güc sərf edir, əzələlər yorulur, əlini sudan yuxarı qaldırır, ayaq barmaqlarının uclarını yerə vurmağa çalışır ki, su üzərinə çıxsın. Bu da əksinə batması ilə nəticələnir. Ona görə boğulma təhlükəsi ilə üzləşən şəxs əlini yuxarı yox, suyun içərisində saxlamaqla və yarıoturaq vəziyyətdə yaxındakı şəxslərdən kömək istəməlidir. Köməyə gələn şəxs boğulana arxadan yaxınlaşmalı və başı suyun üzərində saxlamaqla sahilə tərəf üzməlidir. Əgər suda boğulma müddəti 4-5 dəqiqəni keçməyibsə, ilkin yardım göstərməklə həyata qaytarmaq olar", - deyə ekspert qeyd edib.

İlk dəfə Hindistanda görülən "Delta" ştammının əlamətləri açıqlanıb.

 "Delta" ştammına yoluxan şəxslərdə baş ağrısı, burun axıntısı və boğaz ağrısı kimi simptomlar müşahidə olunur.

Bu simptomlar gənclərdə kəskin soyuqdəymə kimi görünür. Mütəxəssislər bildirir ki, ənənəvi qripin əlamətlərinə çox oxşadığı üçün "Delta" ştammını qriplə qarışdırırlar.

Qoxu və dad bilmənin itməsi də əlamətlər arasındadır. 

Hal-hazırda qlobal səviyyədə ən dominant koronavirus növü sayılan "Delta" bu günə qədər Türkiyə də daxil olmaqla 80-dən çox ölkədə qeydə alınıb. baku.ws

Kristiano Ronaldonun Avro-2020-də ilk oyununa çıxmazdan öncə mətbuat konfransı zamanı qarşısına qoyulan Koka-Kola şüşələrini götüzdürərək sağlamlıq üçün sadə sudan istifadə təklifi xüsusi marağa səbəb olub. Futbolçunun bu hərəkətindən sonra başqa futbolçular da eyni axına qoşulub.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Axar.az-a açıqlamasında bildirib ki, yay mövsümündə temperaturun yüksəlməsi səbəbindən daha çox qazlı, spirtli və enerji içkiləri istifadə olunur, ancaq bu içkilər sağlamlığımız üçün həddindən artıq ziyandır:

"Qazlı, rəngləndirilmiş və dadlandırılmış içkilər həddən artıq kimyəvi qatqı maddələri ilə zəngindir. Onların tərkibində şəkər miqdarı da çoxdur və bunlar bədənə boş karbohidratlar olaraq qəbul edilir. Bu içkilərin əksəriyyətinin tərkibində monosodyum qlutamat var ki, bunlar dad reseptorlarını korlayır, beşinci dad deyilən "umami" dadını və bununla da asılılıq yaradır. Bu içkilər insanda davamlı içmək istəyi oyadır. Suları soyuq qəbul edilməsinin də fəsadları var. Soyuq sular dişlərin emalını çatladır, ağız, damaq, qida borusu və mədəyə də çox mənfi təsirlər edir. Bu içkilər eyni zamanda mədənin turşu və qələvi mühitində də fəsadlar törədir. Mədənin pH dərəcəsini dəyişəcək qədər kimyəvi qatqılarla zəngin olan içkilər gələcəkdə mədə xoralarına və qastridə də səbəb ola bilər. Onlar mədədə maddələr mübadiləsini qısa müddətli sürətləndirərək daha sonra funksiyasını, bağırsağın mikroflorasını pozaraq həzmi çətinləşdirir. Soyuq qəbul edildikdə bağırsaq və mədə iltihabına səbəb olurlar".

M.Hüseynova enerji içkilərinin üzərində istehlakçıların və əsasən gənclərin diqqətini cəlb etmək üçün bir çox vitamin adlarının yazıldığını və məlumatsız insanların bu içkilərdən enerji və vitamin qazanacaqlarını düşünərək istifadə etdiklərini vurğulayıb:

"Ancaq bu içkilər insanların fiziki, əqli iş qabiliyyətini və məhsuldarlığını tamamilə azaldır, çünki qısa müddətdə orqanizmin günlük enerjisi aktivləşir və dərhal bitir. Ən təhlükəli hal isə insanların enerji içkilərini spirtlə qarışdırıb içməyidir. Bir çox araşdırmaların nəticələri göstərir ki, kafeinlə spirtin birlikdə qəbulu ürək bulanması, qan təzyiqinin artması və qaytarmağa səbəb olur. Ürək çatışmazlığı olan insanlarda isə hətta ölümə də səbəb olar bilir.

Eyni zamanda, biz spirtli içki olaraq alkoqollu içkiləri tanıyırıq, ancaq spirtsiz adlandırılan bir çox içkilərin tərkibində spirtdən istifadə edilir. Onların tərkibində spirtin faizi aşağı olduğundan spirtsiz içki kimi göstərilir. Buna görə də mütləq şəkildə bu içkilərdən imtina edilməlidir.

Alternativ olaraq, bədənin maye balansını təmin etmək üçün yaxşı olar ki, təmiz sudan və bitki dəmləmələrindən istifadə edilsin. Bəzi səbəblərdən sadə su içə bilməyən insanlar isə içinə meyvə, nanə, reyhan əlavə edərək, tərxunla dəmləyərək orqanizmin tələbatını faydalı şəkildə təmin edə bilərlər".

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kompüterdə həm də digər cihazlarda istifadə edə biləcəklər.

Lakin məlum olub ki, məşhur messencerin bu yeni funksiyası məhdud şəkildə çalışacaq. WabetaInfo saytının insayderləri Whatsapp-ın test versiyasını incələyərək bu xəbəri veriblər. Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-dakı istifadəçi hesabını 4 müxtəlif cihazda işə salmaq mümkün olacaq. Lakin məlum olub ki, 4 cihazdan yalnız 1-i smartfon ola bilər.

Bununla da istifadəçi öz hesabının digər cihazlar üçün dublikatını yarada bilməyəcək. Bunun əvəzinə istifadəçi kompüter (Whatsapp Web və Whatsapp Desktop) və Facebook-un Portal cihazları üçün olan müstəqil Whatsapp tətbiqlərindən istifadə etməli olacaq. Aşağıda təqdim olunmuş screenshot fotodakı məlumata əsasən messencerin çalışma keyfiyyəti istifadə olunan platformadan asılı olaraq fərqlənəcək. Müxtəlif cihazlarda bir istifadəçi hesabı ilə çalışma imkanına sahib Whatsapp versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

Almaniyanın “BIONTECH” şirkətinin hazırladığı “BNT 111” adlı MRN tərkibli xərçəng dərmanı ilk dəfə bir xəstədə test edilib.

Bu barədə “BIONTECH”in həmtəsisçisi və direktorlar şurasının sədri Uğur Şahin şitkətin illik iclasında çıxışı zamanı bildirib.

Xərçəng müalicəsinin ilkin dövr sınaqlarının başladığını açıqlayan Uğur Şahin “BNT 111” adlı yeni xərçəng dərmanının ilk sınaqdan müsbət nəticə verən xəstəyə tətbiq olunmağa başladığını söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində:

İsraildə Təl Əviv Universiteti evli kişilər arasında araşdırma aparıb.

“Yol-xeber.az” xəbər “Journal of Clinical Medicine” jurnalında yayımlanan araşdırmada yaşı 30-dan çox olan 9 min kişinin səhhhəti ilə bağlı məlumatlar analiz edilib.

Belə ki, 1965-ci ildə qeydiyyata alınan 8945 evli kişinin səhhəti ilə bağlı məlumatları analiz edilərək, onlardan evliliklərinə 1-4 arasında bal vermələri istənilib.
Araşdırma nəticəsində evliliklərinə aşağı bal verən kişilərin digər evli kişilərə nisbətən iflicdən ölmə ehtimalının 69 faiz daha çox olduğu üzə çıxıb.

50 yaşdan aşağı kişilərdə evliliklərindən məmnun olmayanların ölüm riskinin 39.4%, 50-yaşdan yuxarılarda isə 6.5% olduğu bildirilib.

Araşdırmanın baş yazarı Dr. Şahar Lev-Ari evliliklərindən narazı olan kişilərin ölmə ehtimalının siqaret çəkməklə bərabər səviyyədə riskli olduğunu deyib.

Araşdırma üzvləri səhiyyə qurumlarında çalışanları evlilik ucbatından ölüm risklərini azlatmaq üçün evlilik terapiyasını təşviq etməyə çağırıb.

Meyvə və tərəvəzi yumadan istifadə etmək olmaz. Alıcıların xüsusən qarpız alarkən dadını yoxlamaq üçün onu bazarda kəsib yoxlamaları yanlışdır. Çünki qarpızı kəsən kimi tamlığı pozulur və mikroblar məhsulun içinə keçir. Bu səbəbdən, meyvə-tərəvəzlər və giləmeyvələr mütləq çox yuyulmalı, mikroblardan təmizlənməlidir. Xüsusilə torpağa yaxın məsafədə yetişən məhsulların üzərində xeyli miqdarda mikrob olur. Misal üçün, qarpız, yemiş, çiyələk və göyərtiləri bu siyahıya daxil etmək olar.

"Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev məlumat verib.

Həkim-toksikoloq bildirib ki, yay aylarında qidalanma zamanı məhsulların təmiz və təzə olduğuna xüsusi diqqət yetirmək lazımdır: "Xüsusilə soyuqda saxlanılması lazım olan məhsullarla qidalanarkən ehtiyatı əldən vermək olmaz. Misal üçün, yay aylarında balıq və balıq məhsullarını soyuducudan kənarda 2 saatdan çox saxlamamalıyıq.

Daha sonra, kafe və restoranlarda salat yeyərkən ehtiyatlı olmaq lazımdır. Xüsusilə mayonezli salatlar köhnələrsə, çox risklidir. Həmçinin ağartı məhsulları: süd, qatıq, ayran və s. diqqətlə qəbul etməliyik. Çalışmaq lazımdır ki, yay mövsümündə yağlı və şəkərli qidalardan az istifadə olunsun. Çünki karbohidrogenlə zəngin qidalar qəbul etdikdə qan qatılaşır. Ümumiyyətlə qanın qatılaşması yayda daha çox baş verir ki, bu da, ürək-damar xəstələri üçün təhlükəlidir. Beləliklə, yay ərzində qida zəhərlənmələrinin çoxu ət məhsulları, bayat salatlar, o cümlədən təmiz yuyulmamış meyvə-tərəvəzlərdən baş verir".

İ.Əfəndiyev vurğulayıb ki, məhsulu mövsümündə alıb yemək faydalıdır: "Hazırda satılan qarpız və yemişlər istixana şəraitində yetişdiriliblər. Belə olan halda, məhsullarda gübrənin miqdarı normadan çox olarsa, bu, həssas şəxslərdə - mədəaltı vəzi, öd kisəsi xəstəliyi olanlarda problemlər yaradar. İsti aylarda çox maye qəbul etmək qidalanmanın əsas şərtidir. Hər saatda ən azı bir neçə qurtum təmiz su qəbulu bədəndə su və duz balansını qorumaq üçün vacibdir".

Həkim-toksikoloqun məsləhətinə görə, qida zəhərlənməsi baş verdikdə aktivləşdirilmiş kömürdən istifadə etmək lazımdır: "Lakin zəhərlənən şəxs daha sonra mütləq həkimə müraciət edib müalicə almalıdır. Çünki zəhərlənmə bir sıra hallarda, xüsusən azyaşlılarda ağır nəticələnə bilər".

Sosial şəbəkələrdə bodibilder, döyüş sənəti ustası Jan-Klod Van Dammın oğlu VanKristopher Van Varenberg azərbaycanlı xanımla ailə həyatı qurması ilə bağlı məlumatlar yayılıb.

Van Kristofer Damın instaqram səhifəsindəki başqa profilə keçid üçün link əlavə olunub.

Həmin linkə kliklədikdə Suada Hacızadə adlı xanımın instaqram profili görünür. O da profilin şəxsi məlumatlar hissəsində Van Kristofer damla nişanlı olduğunu qeyd edib.

Pianoçu Suadə Hacızadə, Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı olduğunu qeyd edib.

Cütlüyün “Tiktok”da tanış olub evləndiyi iddia edilib.

Məlumat üçün bildirək ki, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. O, hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla yazıdıb.

2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunub. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər vermişdir. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.

 

 
  •  

 

Xəbər lenti