581 ilin ən uzun Ay tutulmasının başlayıb.
Təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək.

Bu cür tutulmaya isə qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayıb saat 14:47:04-də başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

Baş verəcək hadisə 2021-ci ilin sonuncu Ay tutulmasıdır.

Növbəti Ay tutulması 2022-ci il mayın 16-da baş verəcək.

Ətrafa işlənmiş maskalar atmaq həm sağlamlığa, həm də ətraf mühitə zərər verir. Hər gün dünyada 6.8 milyard birdəfəlik tibbi maskadan istifadə edilir.
"Aztibb xəbər verir ki, Kanada alimləri tibbi maskaların ekologiyaya zərərini müəyyən etmək üçün tədqiqat aparıblar.

Tədqiqat nəticəsində istifadə edilən maskaların 75 %-nin okean sularına qarışdığı öyrənilib.

Təbiətə atılan bir maska 450 ildən sonra yox olur. Bu isə, planetin ekologiyasına ciddi zərər vurur.

Mütəxəssislərin fikrincə, bu qədər böyük miqdarda maska tullantısı düzgün idarə edilmədikdə, yeməklərimizdə və içdiyimiz suda nanoplastiklər sağlamlığımızı təhdid edəcək.

Ətraf mühitə zərər verməmək üçün maskaların ən doğru üsulu, toplandıqdan sonra tibbi tullantı qutularına atmaqdır.

“Google” axtarış saytının əsas səhifəsində Azərbaycan bayrağı yer alıb.

Respublikamızın müstəqilliyinin bərpa edilməsinin 30 illiyi ilə bağlı dudl hazırlanıb.

Azərbaycanın bayrağının üzərinə klik edən zaman “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar məlumatlara yönləndirilir.

Qeyd ki, dudl - Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Post-koronavirus dönəmində xəstələr iltihaba səbəb olan qidalardan imtina etməlidirlər.

"Yol-xeber.az" publika.az-a istinadən xəbər verir ki, bu barədə Samara Pəhriz Terapiyası İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Qinzburq və qastroenteroloq, terapevt Nikita Xarlov məlumat verib. Bildirilib ki, koronavirusdan sağalan bədəndə iltihabi aktivlik artır. Bu, yaşla bağlı xəstəliklərin əsasını təşkil edir - hipertoniya, ateroskleroz, xərçəng. Odur ki, bu vəziyyətdə Qinzburq antiinflamatuar pəhrizin təsirli olduğunu düşünür.

"Mümkünsə şəkəri, yüksək qlisemik indeksi olan məhsulları, un, kartof və düyüdən hazırlanan məhsulları rasiondan çıxarmaq lazımdır. Həmçinin günəbaxan yağı, qarğıdalı yağı, soya yağı, marqarin, kolbasa, sosiska və rəfinə edilmiş digər ət məhsullarını", - Mixail Qinzburq bildirib.

Nikita Xarlov isə Omeqa-3 və yağ turşuları ilə zəngin qidaları rasiona daxil etməyi məsləhət görür: yağlı dəniz balığı, kətan toxumu və zeytun yağı, tərəvəzlər, giləmeyvə, çox şirin olmayan meyvələr, şəkərsiz südlü içkilər, mürəkkəb karbohidratlar - qarabaşaq yarması, yulaf və kəpəkli çörək.

"Post-koronavirus sindromu sinir sistemi səviyyəsində meydana gəlir, odur ki, sinir sisteminə reabilitasiya yaxşı təsir göstərəcək. Qanda nə qədər sərbəst karbohidratlar varsa, beyin də bir o qədər hərəkətə gəlir və qoruyucu rejimə keçir", - mütəxəssis izah edib.



Dietoloq həkimlər hesab edir ki, 8 qidanın tərkibində daha çox dəmir olduğundan, insanlara bu qidalardan daha çox istifadə etmək tövsiyyə edilir.

“Yol-xeber.az” xarici mediaya istinadən xəbər verir  ki, ət, yumurta, qan kolbasalar, qaraciyərdir. Mütəxəssislərin fikrincə, bədən əti daha asan məniməsdiyindən, rahat bioqəbuledici hesab edirlər.  

Mütəxəssislər onu da qeyd edir ki, paxlakimilər, ispanaq, qarabaşaq yarması, arpa və yulaf əzməsi də dəmirlə zəngindir. 
21-ci əsrin ilk 20 ilini geridə qoyduq. Bu müddət ərzində həyatımıza bir xeyli yeni texnologiya daxil oldu.

Bəs qarşıdakı 20 ildə hansı yeniliklərə şahid olacıyıq?

Yaxın oturun, indi 2040-cı ilə qədər həyatımıza daxil olacaq 20 yenilik haqqında danışacıyıq:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 14-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

Yol-xeber.az-ın məlumatına görə, hərraca dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri çıxarılacaq.

Həmin nəqliyyat vasitələrinin siyahısı belədir:

Qeyd edək ki, sifarişlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək sənədlər təqdim olunmalıdır.

"Göyçə gölünün sahilində Azərbaycan mahnısının səsləndiyini eşitdim”.
 
Yol-xeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu ərazidə olan erməni qadın sosial şəbəkədə yazıb.
 
Onun sözlərinə görə, Qarabağdan gələn bir qrup şəxs sərxoş vəziyyətdə ağacların kölgəsində dincəlirmiş:
 
"Həmin vaxt onların maqnitofonunda yüksək səslə Azərbaycan mahnısı səslənirdi”.
 
Bununla bağlı çəkilən videoda görsənir ki, həmin an kimsə maqnitofonun şnurunu çıxarıb.

İnsan orqanizminə, xüsusən uşaqlara neqativ təsir edən müasir tikinti materialları artıq hər binaya, evə ayaq açıb.

Ucuzdur, asandır, sərfəlidir, dəbdədir deyib evlərimizi cəhənnəm yuvasına çeviririk.

İnsanlar tikinti materialı alarkən onun təhlükəsizliyi barədə heç bir sertifikat, laboratoriya rəyi tələb etmir. Düşünür ki, bu ərzaq deyil ki, orqanizmə daxil olsun. İstehsalçılar, firmalar isə hər materialda normadan artıq və ya lazım olmadan istifadə etdikləri kimyəvi maddələr barədə ümumiyyətlə alıcıya bir söz demir.

Son zamanlar insanlarda sinir, əsəb, endokrin, ağciyər xəstəlikləri artıb. Səbəbi bəzən bilinməyən bu problemlərin kökü iç-içə yaşadığımız divarlar, döşəmə, plastik qapı pəncərə, evimizin materialları ola bilər.

"Yol-xeber.az" medicina.az-a istinadən zərərli, tikinti materiallarının TOP 7 siyahısını təqdim edir.

Baxın, bu siyahıdan sizdə hansıları var və fəsadları nədədir?

1. Polimer tikinti materialı - DVP, DSP, PBX, PVA kimi tanınan istilik izolyasiya, hidroizolyasiya, hermetizasiya üçün,eləcə də mebel istehsalında və örtüklərdə istifadə olunur. Ucuz mebel lər də daha çox DVP, DSP-dən hazırlanır.

PBX-dan plastik borular, pəncərə qapı, divar panelləri, linoleum, dartma tavan, plintuslar düzəldilir.
Əgər evdə cəmi bir plastik qapı və bir linolium döşəmə varsa, bu elə də ciddi təhlükə sayılmır.

Lakin indi bütün obyekt, ev, mənzillərdə mövcud pəncərələr, bəzən qapılar, mətbəxdə döşəmə, mebel, qapılar, tavan hamısı bu materiallardan hazırlanıbsa burda yaşamaq bədən üçün əzabdır.

Zamanla bu materialladan kanserogen maddə olan dioksin buxarlanıb çıxır, bu da insanın DNT si səviyyəsində mutasiyalara səbəb olur, xərçəng şişləri yaradır.

Belə evdə immun sistem çökür, tənəffüs yolları, ağciyərlər tıxanır, böyrəklər, qaraciyər zəhərlənir.
Polimer materiallardan çıxan təhlükəli maddələr - toluol, benzok, etilbenzol isə qandan tutmuş gözə kimi zərərlidir.

2. Rəngli boya, lak, yapışqan - 90% bu məhsullar təhlükəli ksilol və toluol maddəsi daşıyır. Bəzi polivinilxrolid qatqılı müasir boyalardan 6-8 ay sonra havaya neqativ maddələr qarışır. Bunlar damarları tıxayır, normal tənəffüs sistemini pozur, dəri və selikli qişalarda allergik fəsadlar yaradır, orqanizmin işində pozulmalar olur.

Bu maddələr körpələr, hamilələr, südverənlər, yaşlı insanlar üçün çox zərərlidir. Bəzi parket lakvə yapışqanları, qadın kişi cinsiyyət, resproduktiv sistemini çökdürür, sonsuzluq yaradır. hamilələrdə erkən doğuş, düşüklərə səbəb olur

3. Penopolistirol - evlərin isidilməsi materialı kimi geniş istifadə olunur. Bu materialı evin daxilində istifadə etmək qadağan olunub, çünki formaldeqid, fenol, stirol kimi toksiki maddələr buraxır. Tənəffüs sisteminə çökür, orqanizmdə yığılır, qaraciyəri zəhərləyir.
Aylarla, illərlə penopolistirollu məkanda yaşayan insanda ürək-damar, ağciyər, qaraciyər problemləri başlayır.

4. Beton - indi bütün bina başdan ayağa betondan qurulur. Özüllər, əsas sutunlar, əsas divarlar, pilləkənlər. Beton uzunömürlü, davamlı material olsa da o demək olar hava, oksigen buraxmır.

Metal karkaslı beton blok və plitələrdən tikilmiş evlər elektromaqnit tələlərdir. Bu evlərdə yaşayan insanlarda sinir, beyin problemləri, yorğunluq, depressiya, yuxusuzluq müşahidə olunur.

Bu evlərdə hava olmur, elektromaqnit şüalanma toplanır. Müasir binalarda bu beton qarışımlar ucbatından yüksək radioaktivlik yaranır. Bu insanı zamanla xəstələndirir, nevroloji və onkoloji xəstəliklər yaradır.

5. Şifer - Əslində ilk baxışdan zərərsiz görünür. Lakin indi şifer hazırlayarkən tərkibinə daha çox asbest liflər qatılır. Zamanla asbest mikroskopik zərrəciklərə parçalanır, insan gözü bunu görmür. Onlar havada uçuşur və gözlərə, nəfəs yollarına çökərək orda qalır. İsti havada, qışda bu zərrəciklər dəfələlər çoxalır. Asbest dünyada ən zəhərli kanserogen maddədir. Əgər insan illərlə bu zərrəcikləri udarsa, onun tənəffüs yollarında bronxit, astma, xoş və bədxassəli şişlər yarana bilər.

6. Aşağı problu, ucuz mastik və hermetiklər - tərkibində qurğuşun, krezol, ksilol kimi maddələr. 6-8 ay sonra istifadə olunduqca onlar dağılır və polivinilxlorid şəklində havaya atılır, insanın sinir, sidik, həzm sisteminə neqativ təsir göstərir.

Körpələr, hamilələr üçün təhlükəlidir.

Çox ucuz mastiklər ancaq evin xaricində çöldən istifadə oluna bilər.
Evin daxili üçün yalnız bahalı, standarta uyğun, zavod istehsalı bəlli materiallar alınmalıdır.

7. Yuyula bilən və vinil oboylar (divar kağızları) - vinil kağızlarda heç bir zərərli maddə olmasa da, onlar havanı keçirmir. Ona görə çox zaman bu oboyların altında patogen göbələklər, kif artır. Vinil kağızlarla uşaq otaqlarını işləmək qəti olmaz.

Aşağı keyfiyyətli yuyula bilən divar kağızları can rahatlığı olsa da, stirol və benzol kimi təhlükəli maddə buraxır. Yataq otağı, uşaq otağında qəti yolverilməzdir.

Xəbər verdiyimiz kimi, 6 il əvvəl Gəncədən olan məktəbli Ümid Həbibovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı dilə gətirdiyi arzusu gerçəkləşib.

"Yol-xeber.az" xəbər verir ki, o, ADA Universitetinə qəbul olub və bu barədə ali təhsil ocağının prorektoru Fariz İsmayılzadə bildirib.

Ümid Həbibov 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən onlara yaxınlaşmış və Prezidentlə xanımından onun doğum günündə iştirak etmələrini xahiş etmişdi.

İlham Əliyev və Mehriban Əliyeva onun bu xahişini yerinə yetirmişdilər və 2015-ci il martın 19-da Ümid doğum günü münasibətilə Prezident Sarayına çay süfrəsinə dəvət edilmişdi.

Ölkə.Az görüş zamanı ölkə başçısı və xanımı ilə 11 yaşlı Ümidin arasında olan maraqlı dialoqu təqdim edir: 

Prezident İlham Əliyev: Salam.

Mehriban Əliyeva: Salam. Təbrik edirəm. Necəsən?

Ümid Həbibov: Sağ olun, yaxşıyam.

Mehriban Əliyeva: Gəlin, şəkil çəkdirək.

Prezident İlham Əliyev: Biz səninlə keçən il Gəncədə görüşmüşdük. Sən də bizi ad gününə dəvət etdin. Mən də dedim çalışacağam ki, gəlim. Amma görürsən, bu gün biz Novruz bayramını qeyd edirik, ona görə gələ bilmədim. İndi səni Bakıya dəvət etmişəm, sən də gəlmisən.

259462

Ümid Həbibov: Mən də Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Daim ölkəmizin başında olasınız.

Prezident İlham Əliyev: Sağ ol. Mən də səni təbrik edirəm. Xahiş edirəm mənim təbriklərimi bütün Gəncə sakinlərinə çatdırasan. Sən çox gözəl oğlansan. Eşitmişəm ki, yaxşı oxuyursan. Çox şadam ki, gözəl gənclər, uşaqlar yetişir. Gələcəkdə sənin kimi uşaqlar ölkəmizi idarə edəcəklər. Doğum günün münasibətilə bəzi hədiyyələrimiz də var. Mən bu saatı öz adımdan sənə bağışlayıram.

Mehriban Əliyeva: Bu saat səndə yadigar qalacaq. Burada yazılıb, “Ad günün münasibətilə”.

Prezident İlham Əliyev hədiyyəni təqdim edərək dedi: Təxminən mənim saatıma oxşayır. Eyni olmasa da oxşayır.

Ümid Həbibov: Sizin məni Prezident Sarayına dəvət etməyinizin, mənimlə görüşməyinizin özü elə çox böyük hədiyyədir.

Leyla Əliyeva və Arzu Əliyeva da Ümid Həbibova hədiyyələr təqdim etmişdilər.

Sonra dövlət başçısı və ailə üzvləri Ümid Həbibovla çay süfrəsi arxasında söhbət etmişdilər.

Ümid Həbibov: Təşəkkür edirəm. Cənab Prezident, səhv etmirəmsə, Siz bu il martın 17-də Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməlini qoydunuz. Mən Sizə, ölkəmizə uğurlar arzu edirəm. Mehriban xanım, Siz də dünən cənab Prezident ilə bərabər Bakı Olimpiya Stadionunun açılışında iştirak etdiniz. Mən Sizi televiziya vasitəsilə izlədim. Sizi birinci Avropa Oyunları münasibətilə təbrik edirəm. Bu Oyunlar ilk dəfə bizdə keçirilir. Ölkəmizin idmançılarını təbrik edir, onlara uğurlar arzulayıram.

259463

Prezident İlham Əliyev: Sən də Oyunlara gəl.

Mehriban Əliyeva: Biz də səni Oyunlara dəvət edirik. Oyunların açılışını və bütün yarışları izləyərsən.

Prezident İlham Əliyev: Görürəm, sən də bizim fəaliyyətimizi izləyirsən. TANAP-dan danışdın, bütün Azərbaycan xalqı, sənin kimi uşaqlar gələcəkdə bu layihədən bəhrələnəcəklər.

Mehriban Əliyeva: Sən indi neçənci sinifdə oxuyursan?

Ümid Həbibov: Beşinci sinifdə.

Mehriban Əliyeva: Beşinci sinfi bitirib, altıncı sinfə keçirsən. Xarici dilləri öyrənirsən?

Ümid Həbibov: Bəli. Mən dördüncü sinfədək zəif idim. Bildiyiniz kimi, mən Gəncə şəhər 27 saylı məktəb-liseydə xüsusi istedadlıların sinfinə imtahan verərək, dördüncü sinifdə oraya qəbul olunmuşam. Dördüncü sinfi bitirəndən sonra indi orada oxuyuram.

Mehriban Əliyeva: Orada ingilis dili keçirsiniz?

Ümid Həbibov: Bu ildən ingilis dilinə, rus dilinə başlayırıq.

Mehriban Əliyeva: Əla, rus dilini də öyrənirsən.

Prezident İlham Əliyev: Rus dilini öyrənirsən, çox yaxşı. Bəs ümumiyyətlə necə oxuyursan?

Ümid Həbibov: Dərslərimiz yüksək səviyyədə keçirilir.

Prezident İlham Əliyev: Sənin üçün tort bişiriblər.

Mehriban Əliyeva: Ad günü tortunu sən gərək özün kəsəsən.

Ümid Həbibov və xanım Mehriban Əliyeva tortu kəsmişdilər.

259464

Prezident İlham Əliyev: Gəncədə işlər necədir, yaxşıdır?

Ümid Həbibov: Bəli, çox yaxşıdır. Şəhərimiz gündən-günə gözəlləşir.

Prezident İlham Əliyev: Çox gözəl. Mən hər il Gəncədə oluram. Keçən il orada təsadüfən səninlə görüşdük və çox yaxşı bir görüş oldu. Dərhal gördüm ki, sən çox istedadlı, Vətənə bağlı və bilikli uşaqsan. Mənim fəaliyyətimi də izləyirsən.

Ümid Həbibov: Atam da daim xəbərləri izləyir. Mən də onunla bərabər izləyirəm.

Prezident İlham Əliyev: Bakıda olmusan?

Ümid Həbibov: Bəli, bir neçə dəfə olmuşam. Hətta İçərişəhərə də getmişəm. Qız qalasına girə bilməsəm də, görmüşəm.

Prezident İlham Əliyev: Çox yaxşı. İndi Qız qalası təmirdən sonra açılıb, gedib baxa bilərsən. Bakıda görməli yerlər çoxdur.

Ümid Həbibov: Bəli, Heydər Əliyev Mərkəzi ilə də tanış oldum.

Mehriban Əliyeva: Orada yaxşı maşın sərgisi var, ona baxdın? Maraqlıdır.

Ümid Həbibov: Bəli, gördüm. Ulu öndər Heydər Əliyevin istifadə etdiyi maşınları da gördüm.

Prezident İlham Əliyev: Gəncədə də görməli yerlər, tarixi abidələr çoxdur. Gəncə indi çox sürətlə inkişaf edir.

Ümid Həbibov: Elə bizim məktəbin yanında da çoxlu sayda tarixi abidələr var.

Sonra isə xatirə şəkli çəkdirilmişdi.

Xəbər lenti