Azərbaycanda şirkətlərə rəhbərlik edən (qanuni təmsilçilər) şəxslərin kim olduğu ictimaiyyət üçün açıq olsa da, şirkət sahiblərinin (təsisçi, səhmdar) kim olduğu əksər hallarda bilinmir.

Yalnız bank və sığorta şirkətlərinin sahibləri (səhmdarları) haqqında məlumatlar insanlar üçün əlçatandır.

Bu səbəbdən həmin şəxslərin banklar və sığorta şirkətlərində nə qədər səhmlərinin (pulunun) olduğunu bilmək mümkündür.

"Yol-xeber.az" yeniavaz.com-a istinadən xəbər verir ki, açıqlanan məlumatlara görə hazırda Azərbaycanda ən çox pulu olan qadın Zərifə Həmzəyeva hesab olunur. Zərifə Həmzəyeva "Premium Bank” ASC-nin əsas səhmdarıdır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var. Mətbuatın yazdığına görə, nizamnamə kapitalı 26,5 milyon manat olan “Gazelli Group” MMC-nin də təsisçisi Zərifə Həmzəyevadır.

Onu da bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb. Bankın əsas səhmdarı olan Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Yeri gəmişkən qeyd edək ki, Azərbaycanın milyoner qadınları arasında Zərifə Həmzəyevanın qızları – Cəmilə və Məlahət Əsgərovalar da yer alıb.

“İpək Yolu” sığorta şirkətinin iki əsas səhmdarı (hər biri 38,7% paya sahibdir) arasında yer alan Cəmilə və Məlahət Əsgərovanın hər birinin 5,7 milyon manat sərvətinin olduğu məlumdur.
Azərbaycanda milyonlara sahib olan daha bir qadın Nigar İsmayıl qızı Mehdiyeva hesab olunur. “Bank BTB” ASC-nin əsas səhimdarı olan Nigar Mehdiyevanın bankdakı payı 74,9% –ə bərabərdir. Bu isə o deməkdir ki, Nigar Mehdiyevanın bankda 49,8 milyon manat vəsaiti var. Nigar Mehdiyevanın ixtisasca həkim olduğu bildirilir.

Məlumat üçün bildirək ki, mətbuatda Nigar Mehdiyevanın uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Sadıqovun qızı, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin isə gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.

Daha bir milyoner qadın “Rabitəbank” ASC-də 30%-lik paya sahib olan Validə Abbasovadır. Açıqlanan rəsmi məlumatlara görə Validə Abasovanın bankda 30,4 milyon manat pulunun olduğu bildirilir.

Azərbaycanda yaşayan və  1 milyon manatdan çox pulu olan qadınların adı və sahibi olduğu şirkətlərin (bank və sığorta şirkəti) siyahısını təqdim edirik:

Sarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sarılıq, qaraciyər və böyrəklərin zədələnməsilə gedən ağır virus infeksiyasıdır. Bu xəstəlik ağcaqanadların dişləməsi ilə yayılır.

"Yol-xeber.az" “medicina.az”a istinadən xəbər verir ki, xəstəlik barədə məlumatları təqdim edir.

İnsanların sarı qızdırmaya həssaslığı yüksəkdir. Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, sonra hemotogen yolla damarları, qaraciyəri, böyrəkləri, baş beyini zədələyir.

Daha sonra damar keçiriciliyi artır, hepatositlər distrofiyaya və nekroza uğrayır, böyrək kasacıqları və yumaqcıqlar zədələnir. Bu dəyişikliklər daxili orqanlarda qansızmalar şəklində özünü göstərir.

Klinikası:

Xəstəliyin inkubasiya dövrü 10 gündür. Sonra güclü üşütmə və qəfil qızdırma yaranır. Hərarət 40 dərəcəyə qədər yüksəlir.

Pasiyentdə baş, bel, oynaq ağrıları başlayır, başgicəllənmə olur. Xəstələr həyəcanlı olurlar, yuxusuzluq, yanğı, ürəkbulanma və qusmadan şikayət edirlər.

Xəstələrdə üz, boyun, göz kapilyarları genişlənir, nəbz sürətlənir, təzyiq artır, dəridə sarılıq, mədədən, diş ətindən, burundan qanaxmalar başlayır.

DİAQNOZ:

Qanın analizində virusa qarşı anticismin 4 dəfədən artıq göstərməsi sarı qızdırmanın olmasını təsdiqləyir.

MÜALİCƏSİ:

Patogenetik və simptomatik müalicə məqsədilə vitaminlərdən, dezintoksikasiya məhlullarından, antibiotiklərdən istifadə edilir, hemodializ, hemostatik tədbirlər görülür.

Profilaktika məqsədilə xəstə tədric olunur, vaksinlə peyvənd aparılır.

Bu qızdırma növü ilk dəfə 1901-ci ildə W. Reed, J. Carrol tərəfindən aşkarlanıb. Virus Afrika və Amerika qitələrində 1647-ci ildən məlumdur.

Virus heyvanın daxili üzvlərində, beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30-60%hallarda ölümlə nəticələnir.

Xəstəliyi daha çox Haemoqoqus və Aedes, Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır. Xəstəliyin 2 ocağı məlumdur. Təbiət və şəhər ocağı.

Təbiətdə ağcaqanad meymunlardan, gəmiricilərdən və kirpidən yoluxur. Həşəratın bədənində virus 8-12 günə çoxalır.

Şəhərlərdə infeksiya mənbəyi insan, keçirici Aedes aegypti-dir. Xəstəlik epidemiya şəklində yayılır. Hazırda tropik bölgələrdə görülür və vektorlar vasitəsi ilə insanlara yoluxur. Sarı sözü bəzi xəstələrdə görünən sarılıq simptomundan gəlir.

Profilaktika:

Malyariyada olduğu kimi ağcaqanadlardan qorunmaq böyük əhəmiyyət daşıyır. Sarı qızdırmadan peyvənd ilə sığortalanmaq mümkündür.

Sarı qızdırmanın aktiv olduğu yerlərə gedənlərin və ya bu bölgələrdən başqa ölkələrə keçənlərin sarı qızdırmaya qarşı peyvənd olunması mütləqdir. Peyvənd ömür boyu etibarlıdır.

Azərbaycanda uşaqlara ən çox verilən adlar açıqlanıb. 

"Yol-xeber.az" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, kişi cinsindən olan körpələrə ən çox Əli, Yusif, Hüseyn, Uğur və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Mələk və Məryəm kimi adların verilib.

Uşaqlara ən çox verilən adların siyahını təqdim edirik:  

Rusiyada saxlanılan şəxsin polis maşınından qaçması ilə bağlı görüntülər sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə kadrları “Life Shot” “Telegram” kanalı paylaşıb.

Videoda orta yaşlı birinin işıqforda dayanan polis maşınından ehmalca düşdüyü və əllərini yanına salaraq heç nə olmamış kimi uzaqlaşdığı görünür.

Bir müddət sonra polislər şübhəlinin qaçdığını anlayırlar.

Kadrların sonunda hüquq mühafizəçilərinin həmin şəxsi tutub maşına saldığı görünür.

Görüntülərin Mordoviyanın Saransk şəhərində çəkildiyi vurğulanıb.

Son günlər "Bravo" supermarketlər şəbəkəsi adından bir sıra vətəndaşlara uduş kampaniyası mətninin yer aldığı keçid linki göndərilir.

"Yol-xeber.az"ın xəbərinə görə, sözügedən mətndə vətəndaşlar anketi dolduraraq uduş kampaniyasında iştirak etməyə və müəyyən məbləğdə uduş əldə etməyə çağırılır. 

"Bravo" supermarketlər şəbəkəsi isə sosial media hesabından açıqlama yayaraq kampaniyanın şirkətlə hər hansı bir əlaqəsinin olmadığını deyib: "Hal-hazırda naməlum şəxslər tərəfindən "Whatsapp" tətbiqi ilə "Bravo" adından müəyyən mətnlər paylaşılır. "Bravo" marketlər adından bildirmək istəyirik ki, bu paylaşımın bizim marketlər şəbəkəsinə heç bir aidiyyatı yoxdur. Bu mətndə qeyd edilən keçidə daxil olmamağı qətiyyətlə tövsiyə edirik".

Texnobloger Fərid Pərdəşünas isə bildirib ki, qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın:

"Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur. Bu hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin likləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin ya da görməzdən gəlin".

Bakıda hərəkətdə olmayan avtomobil qəfil alışıb.

Yol-xeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Babək prospektində baş verib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın "QAZ-3110" markalı minik avtomobilinin yük yerindən başlayıb. Dərhal yaxınlıqda olanlar yanğına müdaxilə ediblər.

Ətrafdan insanlar su gətirib avtomobil söndürməyə çalışsalar da, mümkün olmayıb. Əraziyə gələn yanğınsöndürənlər yanğını söndürə biliblər. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobilinin salonu və yük yeri yanıb.

Bənzər hadisələr Biləsuvar və Ağdaş rayonlarında da olub. Biləsuvarda "Qaz" markalı yük maşınının kabini yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Ağdaşda isə "Mersedes" markal minik avtomobilinin yanar hissələri yanıb.

Bəs avtomobillər hansı səbəbdən yana bilər?

Ustalar deyirlər ki, yanğına səbəb avtomobillərin yanacaq sistemindən baş verən nasazlıq olur.

Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə də rast gəlinir.

Usta Sahil Ağabəyli sürücülərə yay aylarında bəzi diqqət ediləsi vacib tövsiyələr verib.

Usta onu da bildirib ki, sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşmalıdırar.

 
 

ABŞ-da koronavirusa bağlı yeni araşdırma aparılıb.

"Yol-xeber.az" "Daily Mail"ə istinadla xəbər verir ki,  Lusiana Sinus və Burun Ekspertləri Mərkəzi dadbilmə ilə koronavirusa arasındakı əlaqəni müəyyənləşdirmək üçün 2 min nəfər arasında eksperiment aparıb.
Araşdırma zamanı acı tamı sevməyənlər, acı dadlara meyilli insanlar və  acıya normal meyilli insanların olduğu 3 qrup koronavirus testindən keçirilib.

Araşdırma nəticəsində acı dada həssas olan insanların virus səbəbiylə xəstəxanalıq olma ehtimalının az olduğu ifadə edilib.
Araşdırmanın detalları "Jama Network Open" jurnalında yayımlanıb.

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

"Tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.

44 günlük Vətən Müharibəsinin qəhrəman əsgəri Rəşad Qəhrəmanov müharibə dövrü xatirələrindən danışıb. 

Müharibədə Rəşadın komandiri elə onun atası Çingiz Qəhrəmanov olub. 

"Mən çox xoşbəxt adamam ki, Vətən uğrunda gedən müharibədə atam ilə çiyin-çiyinə döyüşmüşəm" - deyə, Rəşad bildirib. 

Daha ətraflı Baku TV-nin süjetində:

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur.

Bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib ki, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Bu proses gecə ərzində respublikanın demək olar, əksər rayonlarında müşahidə olunacaq.

Umayra Tağıyeva qeyd edib ki, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir.

“Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək”, - Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib.

Onun sözlərinə görə, növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq: “Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək”.

Xəbər lenti