6 il əvvəl Gəncədən olan məktəbli Ümid Həbibov Azərbaycan Prezidenti İlham Əliyevə gələcəkdə ADA Universitetinə qəbul olmağı arzuladığını demişdi.

"Yol-xeber.az" xəbər verir ki, bunu universitetin prorektoru Fariz İsmayılzadə feysbukda bildirib.

"Bu gün Ümid bizə qonaq gəldi və kampusu gəzdi", - o yazıb.

Qeyd etmək lazımdır ki, Ümid bu il məktəbi bitirib və qəbul imtahanında yüksək bal toplayıb. O, ali təhsil üçün ADA Universitetini seçib.

Hələ 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən şəhərin gənc sakini Ümid Həbibov onlara yaxınlaşmış və Prezidentlə xanımınından onun doğum günündə iştirak etmələrini xahiş etmişdi.

İlham Əliyev və Mehriban Əliyeva onun bu xahişini yerinə yetirəcəklərinə söz vermişdilər. 2015-ci il martın 19-da Ümid doğum günü münasibətilə Prezident Sarayına çay süfrəsinə dəvət edilmişdi.

London Universitet Kollecinin Genetik İnstitutunun direktoru və Texas Universitetinin rəsmisi 2 ildir həyatımızda olan pandemiyanın bitib-bitməyəcəyi ilə bağlı sualları cavablandırıb.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, təhsil müəssisəsinin direktoru Françoiz Balloks bu suala “demək olar ki” cavabını verib.

Professor Balloks Avropada bəzi dalağalanmaların olacağını ehtimal edib. O bildirib ki, Birləşmiş Krallıq da daxil olmaqla vaksinasiya səviyyəsinin yüksək olduğu ölkələrdə virusun pandemiya mərhələsinin yazda başa çatacağından əmindir. Professor tunelin ucunda işıq göründüyünü deyib.

Pandemiya ilə bağlı məlumatların yer aldığı “Our World in Data” platformasındadakı statistikaya görə Birləşmiş Krallıq, Kanada və İspaniya pandemiyadan ən yaxşı qorunan ölkələr siyahısındadır.

Texas Universitetinin COVID-19 Modelləşdirmə Konsorsiumunun Direktoru Lauren Ansel Meyers isə hələlik kütləvi immunitetin insanları qorumadığıni düşünür.

Meyersin fikrincə, yoluxuculuq qabiliyyəti yüksək olan “Delta” variantı burada önəmli rol oynayır.

Hələlik dünya əhalisinin 85%-nin peyvəndlənmədiyini deyən Meyers, peyvəndlənənlərin də yoluxma ehtimalı olduğunu nəzərə alaraq kütləvi immunitet qazanılmasının mümkünsüz olduğu qənaətindədir.

Dolayısı ilə mövcud vaksinlər daha əvvəlki variantalara təsir edərək kütləvi immunitet qazandırsa da, “Delta” ştammının daha yoluxucu olduğu görünür.

Meyersin fikrincə, qlobal miqyasda COVID-19-un bitməsinə yetəcək səviyyədə immunitetə sahib olmağımız çox da inandırıcı deyil.

Professor Balloks isə koronavirusun digər 200 tənəffüs infeksiyası ilə birgə mövsümi xəstəlik olacağını deyib. O bildirib ki, ancaq bu virusun yüngül soyuqdəymə, yoxsa ağır qrip şəklində olacağını indidən demək çətindir.

F.Balloks hesab edir ki, peyvəndlər təsirli olsa belə, böyük ehtimalla, hər kəs bu virusa bir dəfədən çox yoluxacaq.

L.A.Meyers indi və gələcəkdə dalğalanmalara qarşı maska taxan, test verən və sosial məsafəni təmin edəcək ölkələrin koronavirusla ən yaxşı mübarizə aparacaq ölkələr siyahısında olduğunu söyləyib.

Yəni COVID hələ bitməmiş olsa da, elə nəticəyə gəlmək olar ki, ümid var.

Enerji içkisinin içindən şüşə çıxıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə jurnalist Elşad Barat paylaşıb.

"Sol əlimdəki şüşə sağ əlimdəki bizonun içindən çıxdı. Qapağı açdım, xırda-xırda, nazik şüşələr ilk qurtumda getdi. Sanki fiziki hesablamalar aparılıb, bizonun sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə ilk qurtumda şüşəni udmuş olsun. Yaxında ölüb eləsəm, səbəbi "Bizon"dur. Qabın üzərindəki qaynar xəttə (012-447-10-55) zəng etdim, nömrə borcdan bağlıdır. Bu qədər pul qazanırlar, 3 manat telefona ödəyə bilmirlər. Suya niyə şüşə qatıblar? Bunlar nə etmək istəyir? Milləti qırmaq?"

 

 

 

Piyadalara yol verməyən sürücülər, sürücülərə yol verməyən piyadalar - KİM HAQLIDIR?

“Piyada keçidlərində piyadalara yol verməyən sürücülərin sayı xeyli azalıb. Əvvəllər belə sürücülərə daha çox rast gəlirdik. Hətta, elə sürücülər var idi ki, bu qaydalardan xəbəri belə yox idi. Lakin son zamanlar irəliləyiş var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bəzən yenə də intizamsız sürücülərə rast gəlinir: “Amma, ümumiyyətlə vəziyyətin daha da yaxşılaşması üçün piyadalar da intizamlı olmalıdırlar. Bəzən sürücünü piyadaya yol vermədiyi üçün qınayırıq. Amma situasiyaya baxanda görürük ki, piyadanın günahı daha çoxdur. Çünki bizim "Yol hərəkəti haqqında" qanunla belə tənzimlənir ki, piyada yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin yoluna çıxmamalıdır. Əgər piyada avtomobilin sürətlə hərəkət etdiyini, dayanmasının riskli olduğunu və ya dayanmayacağını görürsə, bu halda avtomobili piyada özü gözləməlidir. Yəni, bu o demək deyil ki, piyada ayağını səkiyə qoyan kimi maşın yerə kiplənəcək. Maşın texnikadır, kiplənmir. İnsan isə şüurlu varlıqdır və gözləməlidir. Ən azından göz ünsiyyəti olmalıdır”.

Ekspert sözlərinə belə davam edib: “Necə ki, bəzi sürücülərin diqqəti yayınmış olur, sükan arxasında telefonla danışırsa, piyadalarda da bu hallara rast gəlinir. Qulaqcıqla yolu necə keçdiklərindən xəbərləri belə olmur. Problem budur. Qarşılıqlı anlaşma deyilən bir fikir var ki, bunu əsas turmaq lazımdır. Məsələyə yanaşma bu cür olmalıdır. Sürücü və piyada qarşılıqlı anlaşma şəklində davranmalıdır”.

“Son vaxtlar piyadalara yol verməyən tək-tük sürücülərə rast gəlinir. O da çox nadir hallarda olur ki, məsələn şərait olmur və ya dayansa arxadakı avtomobil ona toxunacaq və s. Amma elə sürücülər var ki, piyada keçidlərində bilərəkdən piyadaya yol vermir. Hətta motosikl sürücüləri ümumiyyətlə, piyada keçidlərində dayanmır. Biz bununla bağlı nə qədər hadisənin şahidi olmuşuq. Təhlükəsizlik kameralarının görüntülərinə baxıb görürük ki, doğrudan da motosikl sürücüləri kobudluğa yol verir. Onlarla bağlı ciddi ölçü götürülməlidir. Vəziyyəti daha da yaxşılaşdırmaq üçün ciddi nəzarət mexanizmi olmalıdır”.

Bu gün Beynəlxalq Svetofor Günüdür

Svetofor gününüz mübarək!

Bu gün, 5 avqust dünyada Beynəlxalq Svetofor Günü kimi qeyd edilir. Belə bir günün təsis edilməsi 5 avqust 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində müasir svetoforların sələfinin - ilk elektrikli svetoforun işə başlaması ilə bağlıdır.

Yol hərəkətinin təşkilinin ən unikal texniki vasitələrindən biri olan svetofor sadəcə təhlükəsizliyi və yollarda fasiləsiz hərəkəti təmin etmir. O, həm də növbə mədəniyyətinin təcəssümüdür. Svetofor sürücü və piyadalara növbəli hərəkəti, qarşılıqlı güzəşti, sayğılı yanaşmanı da aşılayır.

Yollarda təhlükəsizliyin və nizam-intizamın ən vacib zəmini isə məhz mədəniyyətdir.

Çalışın mədəni olun. Mədəniyyət insanı bütün digər canlılardan fərqləndirən ən əsas sosial dəyərlərdən biridir. Mədəni olmaq ətrafdakılara sevgi və sayğı ilə yanaşmaq deməkdir.

 

Ərşad Hüseynov,

hüquqşünas

 
 
Yay aylarında ən çox yeyilən meyvələrdən olan şaftalı artıq bazarlarda öz yerini almağa başlayıb.

Vitamin və minerallarla zəngin, xoş qoxulu olan şaftalının faydalarını təqdim edir:

Mədə asidini normallaşdırar və həzm problemini aradan qaldırar.
Dərinin yeniləməsini təmin edərək yaşlanmağı gecikdirər.
Bağırsaq qurdlarının təmizlənməsinə kömək edər.
İdrar sökdürücü xüsusiyyətə sahibdir.
Ağız qoxusunun qarşısını alar.
Tərkibindəki bioflavonoid birləşimi sayəsində xərçəng hüceyrələrinin yaranmasının qarşısını alar.
İmmun sistemini gücləndirər.
Sinir sistemini yatışdırır və yuxusuzluğa faydalıdır.
Mütəmadi istifadəsi vücudunuzdakı qan dolaşımını artırır, görmə sağlamlığınızı yaxşılaşdırır.
İnfarkta qarşı qoruyur.
Böyrəklə bağlı problemləri azaldır.
Dərini zərərli UV işıqlarına qarşı qoruyur.
Qan azlığının qarşısını alır.
Böyrəklərdəki qum və daşların atılmasına kömək edər.
Öd kisəsinin işləməsini normaya salar.

Şaftalı tək yeyildiyi zaman həzmi sürətləndirir. Ana yeməkdən sonra yeyildiyi zaman isə digər qidalarla birləşdiyi üçün mədədə mayalanmaya səbəb olur. Bu da həzmsizlik, mədə turşuması kimi həzm problemlərinə səbəb olar. Ona görə də ana yeməkdən sonra dərhal şaftalı yeməməlisiniz. Ən azı 2 saat gözləməlisiniz. /medicina.az

Dünyadakı varlılar siyahısına kişilərin hakim olduğu düşünülsə də, varlı qadınlar da azlıq təşkil etmir. Qadınların bəzilərinə bu var-dövlət miras olaraq qalıb. Ancaq öz səyləri ilə varlanan xanımlar da az deyil. Hər il olduğu kimi bu il də "Forbes" jurnalı dünyanın ən varlı qadınların siyahısını açıqlayıb.

"Lent.az bu siyahını təqdim edir. 

"Forbes"in araşdırmalarına görə, dünyanın ən varlı qadını Fransanın "L'Oreal" ətriyyat və kosmetika şirkətinin sahibi Fransuaza Bettankur-Meyersdir. 67 yaşlı bu xanımın sərvəti 73,6 milyard dollardır.

Dünyanın ən varlı ikinci qadını olan Alisa Uoltonun sərvəti 61.8 milyard dollardır. O məşhur "Walmart" mağazalar şəbəkəsinin qurucusu Sem Uoltonun qızıdır. 

Üçüncü yerdə ABŞ-ın "Amazon" şirkətinin başçısı Ceff Bezosun keçmiş həyat yoldaşı olan 50 yaşlı Makkenzi Skottdur. Onlar 2019-cü ildə boşansalar da "Amazon"un gəlirlərinin 25%-i Makkenziyə keçib. Hal-hazırda onun sərvəti 53 milyard dollardır. 

ABŞ-ın "Koch İndustries" şirkətinin vəfat etmiş sahibi Devid Koçun dul arvadı, 58 yaşlı Yuliya Koç siyahıda 4-cü yerdədir. Onun varidatı təxminən 46.4 milyard dollardır. 

Beşinci yer: 75 yaşlı Miriam Adelsondur. Onun sərvəti 38.2 milyard dollardır. O, ABŞ-ın "Las Vegas Sands" kazino operatorunun sahibi olan Şeldon Adilsonun dul arvadıdır. Yoldaşı vəfat edəndən sonra bütün sərvəti Miriam Adelsona qalıb. 

Altıncı yerdə Jaklin Marsdır. Xanım ABŞ-ın konfet və qida məhsulları istehsal edən "Mars incorporated" şirkətinin varislərindən biridir. Sərvəti 31.3 milyard dollardır. 

Çinin "Country Garden Holdings" şirkətinin varislərindən biri olan 39 yaşlı Yan Xueyn yeddinci yerdədir. Varidatı 29.6 milyard dollardır. 

Səkkizinci yerdə Almaniyanın BMW avtomobil şirkətinin varislərindən, həmçinin "Altana AG" əczaçılıq şirkətinin səhmlərinin 50.1%-nin sahibi  Suzanna Klattendir. 58 yaşlı qadının sərvəti 27.7 milyard dollardır. 

67 yaşlı Qina Raynhart 23.5 milyard dollar sərvəti ilə 9-cu yerdədir. O, atasından qalma "Hancock Prospecting Group" şirkətinin rəhbəridir. Qeyd edək ki, Qina xanım Avstraliyanın ən varlı adamıdır. 

Siyahımızda sonuncu yeri 23.3 milyard dollar sərvəti olan, 78 yaşlı İris Fonbona tutur. O, 2005-də vəfat etmiş Çili milyarderi Androniko Luksiçin yoldaşı olub. 

"Forbes"un məlumatına görə, bu il milyarder qadınların sayı 36% artıb.

 

 

 

 
 
 
Alimlər immuniteti möhkəmləndirən, insanı bir çox xəstəliklərdən, hətta xərçəngdən qoruyan bitkini açıqlayıb.

Exinasiya - elmi tədqiqatlarla effektiv təsiri sübut olunmuş dərman bitkisidir.

Medicina.az bildirir ki, çoxillik yabanı bitkinin tərkibində flavonoidlər, efir yağları, az qala bütün mikroelementlər, minerallar, vacib vitaminlər vardır.

Exinasiya təbii immunstimulyator - yəni immuniteti oyadandır. İnfeksiyalara qarşı orqanizmi müdafiə edir.

Bir neçə təmi mənbə vardır ki, bu bitkinin digər dərman vasitələri ilə birgə istifadəsinin onkoloji xəstəliklərdə - leykoz, karsinoma, süd vəzi xərçəngi, bağırsaq şişlərində müalicənin effektivliyini sübut edib.
Exinasiyanın kökündə pentadekadin adlı şiş əleyhinə maddə tapılmışdır.

Bitki kimlərə olmaz: vərəm xəstələri, QİÇS, anadangəlmə immun yetməzliyi, autoimmun xəstəliyi olanlara.
12yaşa qədər uşaqlara olmaz

Exinasiyanın bitkisini və ya cövhərini apteklərdən ala bilərsiz. Onun çayı qrip, koronavirusa qarşı sipər ola bilər. Əməliyyatdan çıxmış, kimyaterapiya almış insanlara da bu çay faydalı ola bilər

Onun dəmləməsi ilə ağız qarqara edilə, saçlar yuyula bilər.

“Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir”.

Bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

O qeyd edib ki, artıq dünəndən Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb”.

 

 
Yaponiyada saniyədə 319 terabit məlumat ötürülüb. Bununla da dünyada internet sürətində yeni rekord qırılıb.

Yaponiya İnformasiya və Rabitə Texnologiyaları Milli İnstitutu (NİCT) bununla bağlı açıqlama yayıb.

Qeyd edilib ki, yeni rekorda erbiyum və tulyum elementləriylə gücləndirilmiş lif yüksəldicilərin mənimsənməsiylə çatılıb.

3 min kilometr uzunluğunda döşənilən lif kabellərlə gələn internet sürətinin bu gün istifadə edilən kabel infrastrukturuyla da mümkünlüyü bildirilib.

Yeni rekord 2020-ci ilki 178 terabiti 2 qat, 2019-cu ilki 44,2 terabiti isə təxminən 7 qat ötüb. 

Xəbər lenti