![]() |
|
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunda ümumi uzunluqları 2165 metr olan Mətbuat, Sahil və Dostluq küçələrinin əsaslı təmiri aparılır.
Yol-xeber.az xəbər verir ki, Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Hazırda uzunluğu 880 metr olan Dostluq küçəsində torpaq işləri, 850 metr uzunluğunda olan Sahil küçəsində torpaq və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 435 metr uzunluğa malik Mətbuat küçəsində isə yeni asfalt örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir.
Hər üç küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəmkir rayonunda kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib.
Yol-xeber.az xəbər verir ki, Layihə 20 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 17 km olan Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf marşrutu üzrə yolları əhatə edir.
İlkin olaraq layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində yenidənqurma işlərinə başlanılıb. Qeyd olunan hissənin uzunluğu 7 km təşkil edir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların eni 8-10 metrə qədər genişləndirilir.
Aparılan işlər çərçivəsində layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası icra olunur. Artıq müəyyən hissələrdə yeni yol yatağının və yol əsasının inşasına da başlanılıb.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən sürətlə və keyfiyyətlə icra olunur.
Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla sözügedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək, kənd təsərrüfatının inkişafını dəstəkləmək məqsədilə respublika üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu çərçivədə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Kürdəmir rayonunda Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistral yolunu Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinə start verilib. Layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir və 12 mindən artıq əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir.
Yol-xeber.az xəbər verir ki, Uzunluğu 18 kilometr olan, çınqıl örtüklü mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinliklər yaradırdı. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına zərurət yaranmışdı. Yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır, bu da 6 metr hərəkət hissəsi və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir.
Hazırda layihənin 4 km-lik Muğanlı hissəsində "İnşaat Norma və Qaydaları”na uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir.
Eyni zamanda, yol boyunca suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Layihənin yekun mərhələsində hərəkətin təhlükəsiz və səmərəli təşkili məqsədilə yol nişanları, siqnal dirəkləri, kilometr göstəriciləri və dayanacaqların quraşdırılması, eləcə də yolcizgi və yolgöstərici xətlərinin, piyada keçidlərinin çəkilməsi işləri həyata keçiriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Abşeron dairəvi marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt) 14 və 16 iyun tarixlərində şənbə, 15 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcək.
Yol-xeber.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Xatırladaq ki, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunacaq. Həmin tarix bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
“Yol-xeber.az”ın məlumatına görə, Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys təyin edilib. Bu marşrut üzrə sürət qatarı 6-8 iyun tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək. 9 iyun tarixində isə qatar saat 15:00-da Ağstafadan Bakıya hərəkət edəcək.
Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar bayram günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə 6 və 9 iyun tarixlərində 4 əlavə reys təyin edilib. Bu marşrutlar üzrə qatarlar həmin günlərdə hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarları həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə hərəkət edir, o cümlədən 7 və 8 iyun tarixlərində eyni qaydada fəaliyyət göstərəcək.
Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılıb. Qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.
Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək. 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcək.
Həmçinin ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.
Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
“Yol-xeber.az”ın məlumatına görə, Bu çərçivədə Abşeron rayonunun Hökməli qəsəbəsində şəhid Elşən Müslümov və şəhid Zülfüqar Qubadovun adlarını daşıyan küçələrdə təmir-bərpa işləri həyata keçirilir.
Layihəyə uyğun olaraq, Elşən Müslümov küçəsinin ümumi uzunluğu 850 metr, Zülfüqar Qubadov küçəsinin uzunluğu isə 600 metr təşkil edir. Hər iki küçənin hərəkət hissəsinin orta eni 6 metrdir.
Hazırda sözügedən ərazilərdə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçələrin profilə salınması prosesi həyata keçirilir. Aparılan işlər layihə-qrafikə uyğun şəkildə davam etdirilir və ilkin mərhələnin tamamlanması ərəfəsindədir.
Növbəti mərhələdə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə səviyyəsinə uyğunlaşdırılması və onların yenilənməsi nəzərdə tutulur.
Layihənin başa çatdırılması ilə, qeyd olunan küçələr müasir standartlara uyğun şəkildə yenidən qurularaq əhalinin istifadəsinə veriləcək.
Qeyd edək ki, 2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev küçəsində də analoji təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
YOLUNUZ AÇIQ OLSUN...
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsində şəhid Amin Qəfərlinin adını daşıyan küçədə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
“Yol-xeber.az”ın məlumatına görə, Küçənin uzunluğu 1250 metr, hərəkət hissəsinin eni ortalama 6 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Biləcəri qəsəbəsində Yaşar Sadıqov və Tomris küçələri, 1 May yaşayış massivi 3-cü döngə, Məhəmməd Füzuli küçəsi 1-ci döngə və X.Məlikaslanov küçəsi 3-cü döngə üzrə nəzərdə tutulan təmir işləri artıq icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...