hekim-meni-3-defe-emeliyyat-edib-pis-veziyyete-qoydu

“Məşhur plastik cərrah-onkoloq Könül Ağamirova məni 3 dəfə əməliyyat etdi, hamısı uğursuz alındı”. 

Bu şikayətlə “Qafqazinfo”ya Aybəniz Zeyn adlı vətəndaş müraciət edib. 

O bildirib ki, ötən il adıçəkilən cərrah tərəfindən sinə kiçiltmə əməliyyatından sonra həmin nahiyədə nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəlib: “Əməliyyatım “Milana Hospital”da baş tutdu. Bundan sonra fəsadlar ortaya çıxdı. Sinəmdə nekroz əmələ gəldi və zamanla daha da pis vəziyyətə düşdüm. İkinci dəfə həkim məni əməliyyata götürərək nekrozu təmizlədi. Ancaq bu dəfə çox kobud tikişlər atıldı. Bir müddət sonra həmin tikişlər açıldı”.

İngiltərədə yaşayan Aybəniz Zeynin sözlərinə görə, bu əməliyyat üçün ümumilikdə 7 min manat ödəniş edib: “Artıq üçüncü dəfə məcbur qalıb yenidən eyni həkimin əməliyyatına girdim. Bu dəfə isə öz qarın bölgəmdən yağ alıb sinəmə vurdu. O da bir ay sonra töküldü. Bu həkim məni pis vəziyyətə qoyub. Sinəmdə fəsadlar yaranıb. Bu, bir cinayətdir. Mənə vurulmuş ziyanın qarşılığının ödənilməsini istəyirəm. Hazırda pis vəziyyətdəyəm, ödənişim geri qayıtsın ki, İngiltərədə müayinəyə başlayım. Digər şəxslər də bilməlidir ki, bu həkim düzgün seçim deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etmişəm”. 

Məlumat üçün bildirək ki, bu ilin aprelində Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Sözügedən həkimlərin siyahısında Könül Ağamirovanın adı yoxdur.  

Şikayətçi saytımıza prosedurdan sonra bədənində yaranan yaraların, irinləmələrin və açılan tikişlərin fotosunu da göndərib. Oxucuların həssaslığını nəzərə alaraq, həmin şəkillərdən yalnız ikisini üstüörtülü formada yerləşdiririk: 

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Könül Ağamirova ilə əlaqə saxladıq. O bu şikayətin reputasiyasına zərər gətirəcəyini deyərək ittihamlarla əlaqədar açıqlama vermək istəmədi. 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirildi ki, məsələ ilə bağlı həkim Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb: “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Müraciətdə qeyd olunan faktın eyni zamanda mülki iş olduğunu, insan sağlamlığında yaranmış problemin məhkəmə-tibbi ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyini və dələduzluq faktının araşdırılması məsələsinin Mərkəzin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, vətəndaşın təsdiqedici sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya bilavasitə məhkəməyə müraciət etmək hüququ olduğu Aybəniz Zeynalovaya bildirilib.

Aybəniz Zeynalovanın Bakı şəhərində yerləşən “Milana Hospital”ın həkimi Könül Ağamirova tərəfindən göstərilən tibbi xidmətdən sonra səhhətində yaranmış problem və əməliyyata görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı Səhiyyə Nazirliyinə daxil olan müraciətinə nazirliyin Analitik Ekspertiza Mərkəzində aidiyyəti üzrə baxılıb. Müraciətdə qeyd edilən faktın 2024-cü ilə təsadüf etməsi, eyni zamanda da şikayətçi tərəfindən ərizəyə müvafiq təsdiqedici sənədlərin (həkim Könül Ağamirova tərəfindən keçirilmiş əməliyyata dair rəsmi tibbi qeydiyyat sənədləri, xəstəlik tarixindən çıxarış və ya epikriz) əlavə edilmədiyindən, aidiyyəti müəssisədə qanunvericiliklə müəyyən olunmuş qaydada uyğun nəzarət tədbirinin keçirilməsi məqsədəmüvafiq hesab edilməyib. Əlavə olaraq bildirilir ki, Mərkəz tərəfindən həkim Könül Ağamirovanın vəzifə səlahiyyətləri araşdırılan zamanı onun müəssisədə direktorun müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilməsi müəyyən edilib. Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb. Əldə olunan sənədlər araşdırma materiallarına əlavə edilib”.

Fidan Etibar 

 

 
 
13 İyun 2025 Daha bir qanunsuz tikili söküldü - Video
12 İyun 2025 Atası azərbaycanlı olan Xocalı canisi həbsin bir addımlığında
12 İyun 2025 Salyanda fermada güclü yanğın - 33 inək tələf oldu
12 İyun 2025 4 ay əvvəl qardaşı ölən başçıya daha bir ağır itki - FOTO
11 İyun 2025 Falçı qapısı - kasıblar getmir, varlıları isə aldadırlar
11 İyun 2025 Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğluna hökm oxunub
11 İyun 2025 Azərbaycanlı diplomat evində ölü tapıldı
11 İyun 2025 Azərbaycanda müəllimlər qəzaya düşdü - Ölən var
11 İyun 2025 Şagirdlərin ağzını “skoç”layan müəllimə XƏBƏRDARLIQ
10 İyun 2025 Sabah 36° isti olacaq
10 İyun 2025 Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı - Yeni təyinat
10 İyun 2025 Ötən gün bank kartlarından oğurluq edilməyib
10 İyun 2025 Bakıda qarpızdan zəhərlənən tələbə öldü
05 İyun 2025 Şahin Şərifov GÜLLƏLƏNDİ - DƏHŞƏTLİ QƏTL
05 İyun 2025 Gədəbəydə başına kisə keçirilən qadın öldü - Cinayətin üstü açıldı
05 İyun 2025 Xoruz otaran Arzu polisləri görüb narkotik bükümünü udub - Əməliyyat video ilə çəkilib
05 İyun 2025 “Məni tanıyan kimsə bu yalana inanmır”
05 İyun 2025 Qazaxda yol qəzası: avtomobildən 4 nəfərin meyiti çıxarılıb
04 İyun 2025 Türkiyədə bıçaqlanan Araz Musayevdən xəbər var - FOTO
04 İyun 2025 “Roşka” ləqəbli tiktoker barədə qərar verilib

Xəbər lenti