Prezident İlham Əliyev Bakıda zavod açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Nobel Food İndustry” MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər.

“Azərsun Holdinq”ə məxsus “Qafqaz” konserv zavodu və “Shervan” MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları - popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günəbaxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək. Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Qeyd edək ki, Azərbaycanda istehsal, o cümlədən emal müəssisələrinin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına da xidmət edir, ixrac potensialını daha da artırır. Bütün bunlar “Made in Azerbaijan” brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yeni zavodun yaradılması ölkəmizdə sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.

 

 

 
13 İyun 2025 XİN-dən vətəndaşlarımıza müraciət: İrana getməyin!
13 İyun 2025 Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13 İyun 2025 “Ciddi şəkildə narahatıq” - Rəsmi Bakı
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi
12 İyun 2025 İlham Əliyev Filippin prezidentini təbrik edib
12 İyun 2025 Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
12 İyun 2025 İlham Əliyev iclas iştirakçılarına müraciət etdi
11 İyun 2025 Prezident sərəncam imzaladı - avtomobil yolu əsaslı təmir olunacaq
11 İyun 2025 Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı
11 İyun 2025 Bu 4 ölkənin XTQ-si ilə birgə təlim keçiriləcək
10 İyun 2025 Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak edib
10 İyun 2025 Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
10 İyun 2025 Rusiyadan Medinskinin Qarabağla bağlı fikirlərinə dair - Açıqlama
10 İyun 2025 Bu ay Əliyev və Ərdoğanın iştirakı ilə Kahramanmaraşda açılış olacaq
10 İyun 2025 İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi
06 İyun 2025 Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım - Foto
06 İyun 2025 Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
05 İyun 2025 Əli Əsədov Emoməli Rəhmonla görüşdü - Fotolar
05 İyun 2025 İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Xəbər lenti