ADY 6-9 iyun Qurban bayramı günlərində 54 675, o cümlədən əsas reyslərlə 52 256 və əlavə reyslərlə 2 419 sərnişin daşıyıb:
- Abşeron dairəvi dəmir yolu – 45 361 nəfər
- Bakı-Ağstafa-Bakı marşrutu – 5 814 nəfər
- Bakı-Qəbələ-Bakı marşrutu – 1 330 nəfər
- Bakı-Balakən-Bakı marşrutu – 2 170 nəfər
“Yol-xeber.az”ın məlumatına görə,   Qeyd edək ki, ADY 6-9 iyun tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə 11 əlavə reys yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.

Xəbər lenti