![]() |
|
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusla mübarizə tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir:
“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.
Qeyd edək ki, koronavirusla mübarizə tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Belə ki, xəstə sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir”.
“Qərara uyğun olaraq müddətli əlavələr iş vaxtına/saatına mütənasib olaraq ödənilir. Belə ki, müddətli əlavələr tibb və qeyri-tibb işçilərinin koronavirusla mübarizə tədbirlərinə cəlb olunduqları iş vaxtına/saatına görə hesablanır.
Məlumat üçün bildirək ki, yanvar ayı ərzində ölkədə koronavirusa yoluxan şəxslərin sayı az olduğu üçün tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavənin məbləğində də azalma müşahidə olunub”, - deyə qurumda qeyd edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.
Həmin küçə və prospektlər aşağıdakıdır:
- Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti);
- Ziya Bünyadov prospekti - Əsas yol - (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq,Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində);
- Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində);
- Afiyəddin Cəlilov küçəsi - (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti);
- Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən;
- A.Nobel prospekti - (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqamətində);
- Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində);
- Heydər Əliyev prospekti – Əsas yol və Kənar yol - (Koroğlu metro stansiyasının qarşısından,Şəhər mərkəzi istiqamətində);
- 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər);
- Tbilisi prospekti - (Hər iki istiqamətdə,şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, 20 Yanvar dairəsi istiqamətində);
-Yusif Səfərov küçəsi - (Cavanşir körpüsü istiqamətində);
-Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə).
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az sənaye məhsulu istehsal edilib.
Təkcə fevral ayı ərzində isə təxminən 3,5 milyard manatlıq sənaye məhsulu hasil olunub.
Bildirilib ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,1 faiz artıb.
Sənaye məhsulunun 64,1 faizi mədənçıxarma sektorunda, 29,1 faizi emal sektorunda, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 9,6 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,3 faiz, kağız və karton istehsalı 26,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,5 faiz, tikinti materiallarının istehsalı 13,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz, elektrik avadanlıqlarının istehsalı 6,2 faiz, qida məhsullarının istehsalı 2,5 faiz artıb.
Geyim istehsalı 4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,1 faiz, neft məhsullarının istehsalı 17,9 faiz, içkilərin istehsalı 18,6 faiz, hazır metal məmulatlarının istehsalı 20,2 faiz, mebel istehsalı 59,6 faiz, poliqrafiya məhsullarının istehsalı 67,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 74,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 95,7 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,6 faiz azalıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib.
Nəticədə hərəkət növbəliliyi təmin edilib. Eyni zamanda təhlükəsizlik səviyyəsi artırılıb. Bununla yanaşı əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.
Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır. (Əbu Turxan)
12 Mart tarixi ilin 71-ci günüdür. (4 ildən bir 72-ci gün)
Ölkə.Az 12 Mart tarixində ölkəmizdə və dünyada baş verən məlumatları oxuyuculara çatdırır.
1. 12 Mart 1881-ci il — Fransa Tunisi işğal etdi.
2. 12 Mart 1918-ci il — Moskva Rusiyanın paytaxtı elan edildi.
3. 12 Mart 1922-ci il — Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu ZSFSR (Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası) təşkil edildi.
4. 12 Mart 1986-cı il — İspanlar referendumda ölkənin NATO-da qalmasına səs verdi.
5. 12 Mart 1999-cu il — Çexiya, Polşa və Macarıstan NATO-ya qəbul edildi.
12 Mart tarixində doğum günü olan Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımız:
12.03.1992-ci il — Cəfərov Tehran Nadir oğlu (MAHHXHQ əsgər)
12.03.2002-ci il — Əhmədli Aydın Mustafa oğlu (Əsgər)
12.03.1996-cı il — Əhmədli Qardaşxan Elxan oğlu (Əsgər)
12.03.2002-ci il — Əhmədov Abdulla Əhməd oğlu (Əsgər)
12.03.2000-ci il — Hüseynov Elxan Maarif oğlu (MAHHXHQ əsgər)
12.03.1993-cü il — İsayev Təbriz İsabala oğlu (Kiçik Gizir)
12.03.2002-ci il — Muradov Habil Tahir oğlu (Əsgər)
12.03.1996-cı il — Mustafayev Rüfət Zöhrab oğlu (Əsgər)
12.03.1993-cü il — Rüstəmov Vüsal Valeh oğlu (Gizir)
12.03.1997-ci il — Şirinov Elvin Elsevən oğlu (Gizir)
Allah şəhidlərimizə rəhmət eləsin
Müraciətdə deyilir:
"Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".
Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 11-də arabir yağan yağışın martın 12-də sulu qara, gündüz qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enərək martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.
Azərbaycanın rayonlarında martın 11-i gündüz şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 11-də 15-20 m/s, martın12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Birlikdən verilən məlumata əsasən, qurumun baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlərlə Fariz Rza oğlu Məmmədov digər işə keçməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Bu vəzifəyə Zaur Ləyaqət oğlu Məmmədov təyin edilib. Z.Məmmədov bu təyinata qədər Bakı Regional Qazın Satışı Departamentinin rəisinin Xəzər rayonu Xidmət Sahəsi üzrə müavini vəzifəsində çalışıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 436 849 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.