Şamil Heydərov: Xalq üçün yaşayan və xalqı yaşadan dahi

Azərbaycanın siyasi təqvimində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biri və ən əhəmiyyətlisi 15 iyun tarixidir. Azərbaycan xalqı müxtəlif dövrlərdə çətin sınaqlarla üz-üzə qalımış, lakin bu sınaqladan xalqın birliyi nəticəsində şərəflə çıxa bilmişdir. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarix Azərbaycan xalqının həyatında bir dönüş nöqtəsi oldu. Ulu Öndər öz iradəsi və düşünülmüş siyasəti ilə qısa zaman ərzində ölkəni öz axarına qaytardı. Ölkədə daxili sabitlik təmin edildi, Ermənistanla atəşkəs müqaviləsi imzalandı, ölkə iqtisadiyyatında yaşanan tənəzzül aradan qaldırıldı və Azərbaycan özünün davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb.

Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıdarkən heç də dövlət rəhbərliyinə gəlmək və ya yenidən vəzifə tutmaq istəmirdi. Ümummilli Lider öz xatirələrində də bunu qeyd edib. Amma Azərbaycan həqiqətən böyük bir bəlaya düşmüşdü. 1993-cü ilin iyununda Azərbaycanın suverenliyi, dövlətçiliyi təhlükə qarşısında idi, vətəndaş müharibəsi başlamışdı və qardaş qanı axıdılırdı. Heydər Əliyevin Bakıya qayıtması zərurətə çevrildi. Çünki bu böyük şəxsiyyətin çiyinlərində xalqının və dövlətinin xilası məsuliyyəti vardı.

Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ildə hansı vəziyyətdə olan Azərbaycana rəhbər seçildiyini başa düşürdü. Ölkədə daxili sabitliklə yanaşı, iqtisadiyyat da çökmüşdü. Bunun üstünə xarici təzyiqləri də gəlsək, yaranan mənzərəni göz önündə canlandırmaq o qədər də çətin olmaz. Heydər Əliyev bütün addımlarını və siyasətini yalnız xalqın və dövlətin maraqları əsasında qurdu. Məhz xalqın mənafeyindən çıxış etməsi, milli sərvətlərimizə sahib çıxmaq istəyi sonradan Heydər Əliyevi bir neçə dövlət çevrilişinə cəhdlə üz-üzə qoydu. O adamlar çevrilişə cəhd edirdi ki, arxasında duran qüvvələr milyardlar itirirdi. Amma Heydər Əliyev - xalq birliyi milli maraqlarımızın tapdanmasına yol vermədi. Məhz bu birlik ölkəni daxili və xarici düşmənlərin caynağından xilas etdi. Heydər Əliyev atəşkəs müqaviləsini imzalamaqla ölkəsini müharibədən xilas etdi. Bugünkü inkişafın əsasında həmin dövrdə verilən qərarlar, atılan qəti addımlar dayanır.

15 İyun - Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin bütünlüklə xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməsinin bariz sübutu oldu. Bu ideya ölkəmizin inkişafında, keçdiyi yolda hər zaman vətəndaşlarımızın bir amal uğrunda birləşdirilməsində müstəsna rol oynayıb. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür.  Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi, sosial, siyasi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

14 İyun 2025 Yol polisi məzunlara və valideynlərə xəbərdarlıq etdi
14 İyun 2025 Bu gün "Son zəng"dir
13 İyun 2025 Natiq İsmayılov: Birlik və həmrəyliyin yeni mərhələsi
13 İyun 2025 Mirqiyas Kazımov: Dövlətçilik tariximizin şanlı səhifəsi
13 İyun 2025 Rəşadət Eyvazov: Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir
13 İyun 2025 Vahid Muradov: 15 iyun – Milli Qurtuluş Günü: məğlubiyyəti qələbəyə çevirən gün
13 İyun 2025 İlham Cəbrayılov: 15 İyun – Milli Qurtuluş Günü: Dövlətçilik ənənələrinin bərpası və siyasi transformasiya mərhələsi
13 İyun 2025 Eldar Abbasov: Zəfər zirvəsi - Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə
13 İyun 2025 Gülağa Əliyev: Milli Qurtuluşdan başlanan tərəqqi və Zəfər yolu
13 İyun 2025 Məhəmməd Musayev: Qurtuluş məfkurəsi - müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi
13 İyun 2025 Mehman Qəhrəmanov: Azərbaycanı tərəqqi yoluna çıxaran tarixi hadisə: Milli Qurtuluş Günündən Şuşa Bəyannaməsinə
13 İyun 2025 3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı
13 İyun 2025 Veteranların Prezident təqaüdü artırılacaq?
13 İyun 2025 Hərbi əməliyyatlardan sonra “AZAL”ın bu reysləri ləğv edilib
12 İyun 2025 Sabah 37 dərəcə isti olacaq
12 İyun 2025 Sürücülərin NƏZƏRİNƏ - Avtobus zolaqları ilə bağlı YENİLİK tətbiq olunur
12 İyun 2025 Xocalının daha bir kəndində evlər təmir olunacaq - 5,7 milyon manat ayrıldı
11 İyun 2025 Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq
11 İyun 2025 Azərbaycanın silahlı deputatları: Tapança gəzdirənlər KİMLƏRDİ...
11 İyun 2025 Anar Cəbrayıllı və Namiq Mailova vəzifə verildi

Xəbər lenti