![]() |
|
“İsrailin İrana hücumları barədə əvvəlcədən məlumatım var idi”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
İsrailin İrana hücumlarına görə Tehrandan cavab gözlədiyini qeyd edən Tramp, lazım gələrsə, İsraili müdafiə edəcəklərini vurğulayıb.
O bildirib ki, İran nüvə silahına sahib ola bilməz.
“Biz yenidən danışıqlar masasına qayıtmağa ümid edirik. İran tərəfdən bir neçə nəfər öldüyü üçün onlar danışıqlar masasında olmayacaq”, - Tramp qeyd edib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi İsrailin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdə ABŞ-nin də məsuliyyət daşıdığını bildirib.