3-milyon-vetendasi-ehate-eden-artimlar

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını təmin edir.

“Qafqazinfo” xəbər verir ki, yeni Fərmana əsasən, 2025-ci ilin 1 iyulundan:

Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün  Prezidentin aylıq təqaüdü 700 manata çatdırılır;

 

- Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

- 81-100 faiz pozulmasına görə (I dərəcə) 600 manata,

- 61-80 faiz pozulmasına görə (II dərəcə) 500 manata,

- 31-60 faiz pozulmasına görə (III dərəcə) 400 manata çatdırılır;

- Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2200 manata çatdırılır; 

- Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2000 manata çatdırılır;

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1700 manata çatdırılır;

- Uşağın anadan olmasına görə birdəfəlik müavinət 600 manata çatdırılır; 

- Dəfn üçün birdəfəlik müavinət 600 manata çatdırılır; 

- Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:

- 0-6 yaş arası uşaq üçün 500 manata,

- 7-13 yaş arası uşaq üçün 600 manata,

- 14-18 yaş arası uşaq üçün 650 manata çatdırılır.

Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının: 

- 81-100 faiz pozulmasına görə (I dərəcə) 300 manata,

- 61-80 faiz pozulmasına görə (II dərəcə) 250 manata,

- 31-60 faiz pozulmasına görə (III dərəcə) 180 manata çatdırılır;

- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 350 manata çatdırılır;

- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)  Prezidentin aylıq təqaüdü 250 manata çatdırılır;

- Övladlığa götürülən hər uşağa görə aylıq müavinət  240 manata çatdırılır;

- Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 140 manata çatdırılır;

- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət — 140 manata çatdırılır;

- Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 140 manata çatdırılır;

- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manata çatdırılır;

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manata çatdırılır;

- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü 120 manata çatdırılır;

Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

- “Xalq” fəxri adına görə 300 manata,

- “Əməkdar” fəxri adına görə 200 manat çatdırılır; 

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata  çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.

Ümumilikdə, qeyd edilən növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

 

 








 
13 İyun 2025 Natiq İsmayılov: Birlik və həmrəyliyin yeni mərhələsi
13 İyun 2025 Mirqiyas Kazımov: Dövlətçilik tariximizin şanlı səhifəsi
13 İyun 2025 Araz Bəndəliyev: Milli qurtuluşun liderlik nümunəsi
13 İyun 2025 Rəşadət Eyvazov: Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir
13 İyun 2025 Vahid Muradov: 15 iyun – Milli Qurtuluş Günü: məğlubiyyəti qələbəyə çevirən gün
13 İyun 2025 İlham Cəbrayılov: 15 İyun – Milli Qurtuluş Günü: Dövlətçilik ənənələrinin bərpası və siyasi transformasiya mərhələsi
13 İyun 2025 Eldar Abbasov: Zəfər zirvəsi - Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə
13 İyun 2025 Gülağa Əliyev: Milli Qurtuluşdan başlanan tərəqqi və Zəfər yolu
13 İyun 2025 Məhəmməd Musayev: Qurtuluş məfkurəsi - müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi
13 İyun 2025 Mehman Qəhrəmanov: Azərbaycanı tərəqqi yoluna çıxaran tarixi hadisə: Milli Qurtuluş Günündən Şuşa Bəyannaməsinə
13 İyun 2025 Veteranların Prezident təqaüdü artırılacaq?
13 İyun 2025 Hərbi əməliyyatlardan sonra “AZAL”ın bu reysləri ləğv edilib
12 İyun 2025 Sabah 37 dərəcə isti olacaq
12 İyun 2025 Sürücülərin NƏZƏRİNƏ - Avtobus zolaqları ilə bağlı YENİLİK tətbiq olunur
12 İyun 2025 Xocalının daha bir kəndində evlər təmir olunacaq - 5,7 milyon manat ayrıldı
11 İyun 2025 Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq
11 İyun 2025 Azərbaycanın silahlı deputatları: Tapança gəzdirənlər KİMLƏRDİ...
11 İyun 2025 Anar Cəbrayıllı və Namiq Mailova vəzifə verildi
10 İyun 2025 Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
10 İyun 2025 Bu gün 35 dərəcə isti olacaq

Xəbər lenti