![]() |
|
“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına start verilib.
Bakı Şahar Halqası əməliyyat Sirkəti (BŞH) “5 dekabr - Beynəlxalq Könüllülər Günü” munasibətilə xüsusi tədbir keçirərək, yeni “Formula-1” mövsümü üçün könüllülərin qeydiyyatına təntənəli şəkildə başlayıb.
Pit binasında yerləşən Paddok Klubda reallaşan tədbirdə BŞH-nin İnsan Resursları şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü Zaur Darabzadə nitq söyləyərək, karyera quruculuğuna dair öz təcrübələrini iştirakçılarla bölüşüblər.
2020-ci il Qran-Prisi üçün 3 min könüllünün cəlb olunması nəzərdə tutulub. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur.
Proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marsal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatlan və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 5-7 iyunda keçiriləcək.
Bugünlərdə İtaliyanın Milan şəhərində WFC döyüş növləri üzrə dünya çempionatı keçirilib. 40 ölkədən 400-dən artıq idmançının mübarizə apardığı yarışda ölkəmizin yığma komandası da qələbə uğrunda inamla mübarizə aparıb.
Ölkəmizin yığma komandasının tərkibində DİN İdman Cəmiyyətinin təmsilçiləri də inamla yarışaraq favoritlər sırasında olublar.
Milli komandada təmsil olunan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı İbrahim Məmmədov yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O, bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Sumqayıt ŞPİ-nin əməkdaşı, polis serjantı Xəyal Cəmilbəyli çəkisi 80 kiloqramadək olan idmançılar arasında finaladək irəliləyərək gümüş medala sahib olub.
Daha bir təmsilçimiz, DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev çəkisi 88 kiloqramadək olan idmançılar arasında Monako və İtaliyadan olan idmançıları məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.
Əldə etdikləri qələbə münasibəti ilə idmançılarımızı qəbul edən İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya, Avropa çempionu Zemfira Meftaxetdinova onları təbrik edərək daha böyük qələbələr, yeni nailiyyətlər arzulayıb.
Bugünlərdə İtaliyanın Milan şəhərində WFC döyüş növləri üzrə dünya çempionatı keçirilib. 40 ölkədən 400-dən artıq idmançının mübarizə apardığı yarışda ölkəmizin yığma komandası da qələbə uğrunda inamla mübarizə aparıb.
Milli komandanın tərkibində mübarizə aparan DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. Təmsilçimiz çəkisi 88 kiloqramadək olan idmançılar arasında Monako və İtaliyadan olan idmançıları məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.
Polis serjantı F.Nəbiyev yarış haqqında danışarkən qarşılaşmaların çox çətin olduğunu bildirdi: “Sevindiricidir ki, ümumilikdə ölkə idmanının səviyyəsi çox artıb. Bütün idmançılarımız dünyanın ən güclü idmançıları ilə qarşılaşmaq bacarığına malikdir. Ona görə də respublika çempionatında finala çıxan idmançı artıq, belə deyək, rahat nəfəs ala bilər ki, beynəlxalq miqyaslı yarışlarda da üstünlük qazanmaq şansı var.”
Sonda idmançımız yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirdi.
Qeyd edək ki, F.Nəbiyev artıq 20 ildir ki idmanla məşğul olur. Əlbəyaxa döyüş üzrə 2 dəfə dünya, 1 dəfə Avropa çempionudur. Respublika birinciliklərində də 12 dəfə qızıl medal qazanıb. Dəfələrlə beynəlxalq turnirlərdə baş mükafata layiq görülüb.
O, əlbəyaxa döyüşdən başqa idmanın karate və kiqboksinq növləri ilə də məsğul olur.
İdman ustası F.Nəbiyevin yetirmələri də uğurlar əldə edir, aralarında Avropa çempionu da var.
Finlandiyada "Poverliftinq" üzrə dünya çempionatı keçirilib. Bu çempionata təxminən 35-40 ölkədən idmançılar qatılıblar. Həmin çempionatda Azərbaycanın yığma komandası da uğurla iştirak edib. Komandanın iştirakçısı Famil Məhərrəmov bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüb.
Qeyd edək ki, polis baş leytenantı Famil Məhərrəmov Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi bölüyünün inspektorudur.
Bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində keçirilən BFC 48 adlı dünya miqyaslı peşəkar turnirdə həmyerlimiz Ramazan Abdullayev qələbə qazanıb. Yol-xeber.az xəbər verir ki, 11 peşəkar döyüşün hamısında qalib gələn idmançımız finalda belaruslu idman ustası İqor Molçanovu 2-ci raundda texniki nakaulta məğlub edərək çempion adını qazanıb.
Qeyd edək ki, Ramazan Abdullayev K1 idman növü üzrə Yeniyetmə və gənclər arasında dünya çempionudur.
Xatırladaq ki, idmançı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, K1 üzrə dəfələrlə dünya çempionu olmuş idman ustası Tural Bayramovun yetirməsidir. Avtosfer.az-a açıqlamasında Tural Bayramov bu qələbənin özünün də qələbəsi olduğunu bildirib. Qeyd edib ki, istənilən uğur Azərbaycan adına yazılır və məhz bu dəfə çempionluğu vətənə gətirən Ramazanın onun tələbəsi olduğu üçün fəxr edir.
Bu gün "Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına start veriləcək. Yol-xeber.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 2020-ci ildə iyunun 5-7 keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Anar Məmmədov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən pauerliftinqin qarışıq ağırlıqqaldırma növü üzrə dünya çempionatının qalibi olub.
125 kq. çəki dərəcəsində mübarizə aparan A.Məmmədov Ermənistan, Gürcüstan və İran idmançılarını qabaqlayaraq qızıl medala sahib olub. “Azərbaycan Dəmir Yolları”nda Keşlə sahə məntəqəsində sahə rəisi vəzifəsində çalışan Məmmədov Azərbaycan bayrağını yüksəyə qaldırdığına görə fəxr etdiyini bildirib: “Şəkil çəkdirən zaman erməninin bayrağı bizim bayraqdan aşağıda qaldı. Bizə paxıllıq edir və həsrətlə baxırdılar. Bizim komandada 20-dək idmançı var idi. Demək olar ki, hamı medal qazandı. 50-yə yaxın isə erməni olardı. Onların əksəriyyəti bizim idmançılara uduzdu.
“Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bizə istənilən şəraiti yaradıb. Məni qələbə münasibəti ilə təbrik ediblər. Qızıl medal qazanmağımla bağlı məni qəbul edəcəklər. Düşünürəm ki, bu nailiyyətim bir dəmiryolçu kimi oktyabrın 13-də qeyd edəcəyimiz peşə bayramına ən gözəl hədiyyəm olacaq”.
Məlum olduğu kimi, bir neçə gün əvvəl "Space TV"nin efirində həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd edilməsinə görə, Audiovizual Şura qanunvercilik çərçivəsində kanala rəsmi məktubla xəbərdarlıq edib.
Ölkə.Az xəbər verir ki, xəbərdarlıqdan sonra “Tarixin bir günü” verilişinin aparıcısı Tarix Əliyev (Tolik) paylaşımı ilə diqqət çəkib.
O, verilişdə R.Dağlının övladları ilə çəkdirdiyi fotonu paylaşaraq peşman olmadığını bildirib.
“Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairlərə görə bağlansın”, - deyə aparıcı yazıb.
Qeyd edək ki, Rəşad Əmirov ötən il noyabrın 9-u Qaradağ rayonu ərazisində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi bıçaqlayaraq öldürüb. O, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məşhur türkiyəli aktyor Cem Yılmaz 16 milyon 300 min izləyicisi olan “X” sosial şəbəkə hesabını bağlayıb.
“Bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Cem Yılmaz 2019-cu ildə “Twitter”in qurucusu Cek Dorsi tərəfindən yaradılan və 35 milyondan çox istifadəçisi olan “Bluesky” platformasına keçib.
Buna səbəb “X”in ifadə azadlığı ilə bağlı qərarları olub.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan və etirazlara dəstək verən bir çox insanın hesablarının bağlanması onların Bluesky platformasına axın etməsinə gətirib çıxarıb.
Qeyd edək ki, hazırda Cem Yılmazı “Bluesky” platformasında 40 min 700 nəfər izləyir.