Trampdan Türkiyədəki səfirlə bağlı qərar

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.

Diplomat bu barədə mayın 23-də X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

O, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvi prosesini dəstəklədiyini qeyd edib.

"Sanksiyaların dayandırılması bizim əsas məqsədimizə - İŞİD-in tam məğlubiyyətinə mane olmayacaq və Suriya xalqına daha yaxşı gələcək üçün bir şans verəcək", - deyə Barak yazıb.

Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım

"2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsini alqışlayıram".

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “X”də paylaşım edib.

"Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi üçün bir-birinin namizədliklərini dəstəkləyiblər", - paylaşımda deyilir.

Aİ Macarıstanı cəzalandırmağa hazırlaşır – 7-ci maddə işə düşdü

Avropa İttifaqı Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.

Məlumat qurumun saytında yerləşdirilmiş gündəlikdə əksini tapıb.
Bildirilir ki, Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər.

Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, bir çox Aİ rəsmiləri Budapeştin Birliyin ilk növbədə Rusiya ilə bağlı əsas qərarlarına mane olmaq qabiliyyətinə görə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.

Rusiya Vatikanı istəmir: Ukrayna danışıqlarına qarşı çıxış – Şok Detallar

Rusiya Vatikanın Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakına qəti şəkildə qarşı çıxıb.

Bu barədə nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda beynəlxalq dairələr Vatikanın vasitəçi və ya danışıqlara ev sahibliyi edən tərəf kimi rolu üzərində ciddi müzakirələr aparır. Qeyd olunur ki, tərəflər razılığa gəldiyi halda, sülh təşəbbüsü çərçivəsində görüş artıq gələn həftə baş tuta bilər. Lakin bu prosesin baş tutması Rusiyanın mövqeyindən asılıdır.

Rusiya isə Vatikanın bu prosesə cəlb olunmasına qarşı çıxaraq, onun neytral vasitəçi kimi qəbul edilməsinə şübhə ilə yanaşır. Kremlə yaxın mənbələrə görə, Moskva Vatikanın Qərb dünyası ilə ideoloji və siyasi yaxınlığını əsas gətirərək, onu tərəfsiz vasitəçi kimi görmür. Bu mövqe isə sülh prosesinin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.

Ekspertlər bildirirlər ki, Vatikanın Ukrayna məsələsində iştirak etməsi Qərbin diplomatik səylərinin bir hissəsidir və bu, Rusiyanın təcrid olunmasına yönəlmiş daha geniş strateji planın tərkibi kimi qiymətləndirilə bilər.

Hazırkı mərhələdə tərəflər arasında birbaşa dialoqun qurulması üçün danışıqlar masası arxasına keçmək ehtimalı aşağı olaraq qalır. Lakin Qərb diplomatları diplomatik kanallarla Rusiya tərəfini razı salmağa çalışır.

İsrail səfirliyinə hücum edənə ölüm cəzası gözlənilir – ABŞ terror aktı kimi araşdırır

Vaşinqtonda İsrailin səfirlik əməkdaşlarına atəş açan şəxsə ölüm cəzası tətbiq oluna bilər.

Bu barədə "NBC News" ABŞ-ın müvəqqəti baş prokuroru Janin Pirronun açıqlamasına istinadla məlumat yayıb.

Prokurorun sözlərinə görə, hadisə “nifrət zəminində və terror məqsədilə törədilmiş cinayət” kimi qiymətləndirilir. Hazırda məsələ ilə bağlı genişmiqyaslı istintaq aparılır və federal orqanlar hücumun motivlərini diqqətlə araşdırır.

Hadisənin təfərrüatları açıqlanmasa da, ilkin məlumatlara əsasən, hücum zamanı səfirlik əməkdaşlarından bir neçəsi xəsarət alıb. Hücumçunun kimliyi və hansı vasitələrlə hücumu reallaşdırdığı barədə rəsmi məlumat verilmir.

ABŞ rəsmiləri bu cür halların ölkə daxilində və beynəlxalq miqyasda təhlükəli presedent yaratdığını bildirib və İsrail diplomatik nümayəndəliyinə qarşı törədilmiş hücumu qəti şəkildə pisləyiblər.

Ərdoğan HAKİMİYYƏTDƏN GEDİR – Türkiyə prezidentindən SENSASİON ANONS: dünya liderləri ŞOKDA!

Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq, daha yeni dövrə doğru gedirik. Bu qədər sürətlə dəyişən dünyada qiyamçıların zehniyyətini qoruyub saxlayan konstitusiya ilə irəli getmək olarmı? Məgər 40 il ərzində qiyamçıların yazdığı konstitusiya ilə cəmiyyəti birləşdirməyin nə qədər çətin olduğunu görmədikmi? Bu gün yaşadığımız bir çox problemlərin əsasının çevriliş konstitusiyası olduğunu bilməyən varmı?

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Siyasi həyatım boyu Türkiyənin sivil, demokratik və liberal konstitusiyaya ehtiyacı olduğunu ifadə etmişəm. Bu gün də eyni fikirdəyəm. Türkiyə qiyamçıların yazıb irəli sürdüyü konstitusiya ilə artıq gələcəyə doğru gedə bilməz. İndi dövlət çevrilişi edənlərin deyil, mülki şəxslərin irəli sürdüyü konstitusiya lazımdır. AKP olaraq bunun üzərində işləyirik. Məsələ ilə bağlı müəyyən tapşırıqlar da vermişik. İlk dörd maddədə heç bir problem yoxdur. Yəni AKP olaraq bizim də, digər siyasi partiyaların çoxunun da belə bir problemi yoxdur. Belə bir problem olmadığı üçün biz ancaq yol xəritəsini müəyyən edəcəyik. Eyni zamanda bildirmək istəyirəm ki, yeni konstitusiyanı özümüz deyil, ölkəmiz üçün istəyirik. Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik”, - Ərdoğan əlavə edib.

kavelasviliden-eliyevle-pasinyana-minnetdarliq

“Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasında maraqlı olan tərəflərdən biridir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “İmedi” telekanalının efirində Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib. 

“Hər iki ölkənin rəhbərliyinə münaqişəni başa çatdırmağa hazırlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istəyirəm. Sülh və sabitlik region üçün həlledici əhəmiyyətə malikdir və hər üç ölkə üçün imkanlar yaradır”, - deyə Gürcüstan lideri qeyd edib.

istanbul-avtobuslarinda-imamoglu-qadagasi

Türkiyədə dələduzluq, rüşvət, sənədlərin saxtalaşdırılması kimi ittihamlarla həbs edilən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun səsi ilə yayımlanan elanlar qadağan edilib.

“Sözcü” xəbər verir ki, bu barədə cinayət işinin ibtidai istintaqını aparan İstanbul Baş Prokurorluğu qərar çıxarıb.

Qərara əsasən, Əkrəm İmamoğlunun İstanbul şəhərindəki ictimai nəqliyyatda (marşrut avtobusları və metrobuslar) vətəndaşlara etdiyi səsli müraciətlər yığışdırılıb.

Qeyd edək ki, əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.

İstanbul Prokurorluğu iddia edir ki, şəhərin meri və digər şəxslər biznesmenləri pul verməyə vadar edib, haqsız qazanc əldə edib və cinayətkar fəaliyyətdən əldə edilən vəsaitləri yuyublar. Prokurorluq Ə.İmamoğlunu “cinayətkar təşkilatın rəhbəri” adlandırıb.

Lavrova İrəvanda “qamçı və kojik”

Rusiyanın baş diplomatının açıqlamalarının pərdəarxası; Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir?

“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal dəstək verməkdə davam edir”. “Yeni Müsavat” bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüşü zamanı deyib.

S.Lavrov vurğulayıb ki, Moskva sülhün bərqərar olmasında və ikitərəfli münasibətlərin tam normallaşdırılmasında səmimi maraqlıdır. Onun sözlərinə görə, bu prosesin möhkəm təməli 2020 və 2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sazişlərdir. “Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayırıq və sənədin yekun imzalanması üçün qalan məsələlərin həllini dəstəkləməyə hazırıq”, - Rusiya XİN başçısı qeyd edib. O vurğulayıb ki, İrəvan həm nəqliyyat və iqtisadi marşrutların açılmasında, həm də sərhəd və humanitar məsələlərin həllində Moskvanın dəstəyinə tam arxalana bilər. “Biz təhlükəsizlik sahəsini alyansımızın ən mühüm ölçülərindən biri hesab etməyə davam edirik. Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni etməyə hazırıq”, - rusiyalı nazir bildirib.

Lavrov brifinqdə erməni jurnalistin Ermənistanda “Ukrayna ssenarisi”nin təkrarlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib ki, Ermənistanın “ukraynalaşması” üçün heç bir səbəb görmür. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Ermənistan Rusiyanın dostu və müttəfiqi olaraq qalır. Rusiya XİN rəhbəri Qafan (Qərbi Zəngəzur) şəhərində Rusiya konsulluğunun açılması üçün hazırlıq işləri aparıldığını deyib.

Maraqlıdır ki, mayın 21-də İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında Avropa Partiyasının təşəbbüsü ilə etiraz aksiyası keçirilib. Etirazçılar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərinə və qəbuluna etiraz edirlər. Etirazçılar əllərində Ermənistan və Avropa İttifaqının bayraqları, habelə Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun təsvirləri olan, üzərində “Qatillər” sözləri yazılmış plakatlar tutublar. Ermənistan Avropa Partiyası 2018-ci il noyabrın 6-da İrəvanda təsis qurultayı keçirib. Tiqran Xzmalyan partiyanın sədri seçilib. Partiya hazırda parlamentdə təmsil olunmur. Tiqran Xzmalyan təsdiq edib ki, partiya bundan sonra da müxalifət kimi fəaliyyət göstərəcək və hökuməti Avropa İttifaqına üzv olmağa cəlb etmək üçün fəaliyyətini davam etdirəcək. Partiya Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləyir. Partiya Ermənistanın Avrasiya İttifaqına hazırkı üzvlüyünə qarşıdır və Ermənistanın Aİ ilə dərin ticarət zonasına daxil olmasını dəstəkləyir.

“İrəvanda Rusiya Prezidenti Vladimir Putini təhqir edən plakatın görünməsi ilə bağlı təxribatın arxasında "Qərb izi" var". Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, Ermənistandakı ABŞ səfirliyi əməkdaşlarının bu işdə əllərinin olmasını da istisna etməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, Paşinyan Ermənistanla Rusiya Federasiyası arasında münasibətlərin hazırkı vəziyyətini şərh edib. Lavrov qəbula görə minnətdarlığını bildirib və Rusiyanın Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyi, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Heç şübhəsiz ki, qapalı müzakirələr Ermənistan üçün asan keçməyib. Hər halda, Lavrovun 7 rayonun işğal olunmasında Rusiya silahlarından istifadəni Ermənistanın başına qaxması sıradan məsələ deyildi və ermənilərin Lavrova qarşı şantajına cavab məqsədi daşıyır. Eyni zamanda Lavrov Kremlin xəbərdarlığını Paşinyan hakimiyyətinə gətirib. Ermənilərin rəsmi və qeyri-rəsmi səviyyədə qandaşları olan Lavrovu “qamçı və kojik”lə qarşılaması da maraqlı situasiya yaradır. 

Arzu Nağıyev: “Minimum əməkhaqqının artırılması vətəndaşların sosial  rifahını yaxşılaşdıracaq”

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında S.Lavrovun İrəvan səfəri ilə bağlı maraqlı məqamlara toxundu. Millət vəkili bildirdi ki, Ermənistanda seçkilərin vaxtı yaxınlaşdıqca Rusiya regional və Ermənistanla bağlı siyasi maraqlarını daha qabarıq şəkildə ortaya qoyur: “Hətta Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko səviyyəsində kurator da ayrılıb. Elə buna görə də  Lavrovun səfəri və orada verdiyi açıqlamalar əslində bir neçə mühüm geosiyasi və diplomatik mesajı özündə birləşdirir. Təzyiq və təşviq vasitələri artıq işə salınıb. Məqsəd Ermənistanı nüfuz dairəsində saxlamaqdır. Lavrovun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi mesaj Moskvanın proseslərə nəzarəti itirməmək istədiyini göstərir, çünki ABŞ və Avropa bu proseslərdə daha aktiv olduqları üçün onları qabaqlamaq lazımdır, buna görə də canfəşanlıq ən yüksək səviyyədə aparılır. Müxtəlif vaxtlarda verilən bəyanatlara istinad etmək də elə bununla bağlıdır. Ermənistana ciddi bir təsir göstərməklə Qərbin sülh layihəsini pozmağa çalışırlar”.

A.Nağıyev digər məqamlara da diqqət çəkdi: “KTMT ilə bağlı da Lavrovun əsas məqsədi Ermənistanın son vaxtlar Qərblə hərbi əməkdaşlığının artmasına cavab olaraq Moskvanın xəbərdarlığıdır. Təbii ki, burada Ermənistan ərazisində dislokasiya olunan 102 saylı hərbi bazanın, eyni zamanda hələ də Ermənistan sərhədlərini qoruyan rus sərhədçilərin fəaliyyətindən söhbət gedir. Bir incə məqam kimi Lavrov xəbərdarlıq edir ki, hərbi kontingent bu ərazidə ciddi nəzarətə malikdir. Lavrovun digər bir çatdırması da təbii ki, Zəngəzur dəhlizinin açılması və onun əhəmiyyəti ilə bağlıdır, bu məqsədlə Qafan şəhərində konsulluğun açılmasına çalışılır”. Komitə sədri qeyd etdi ki, bu, həm də Azərbaycana bir mesajdır: “Lavrovun səfəri zamanı baş verən etiraz aksiyaları birmənalı şəkildə hakimiyyətin razılığı olmadan baş verə bilməzdi və bu da Rusiyaya qarşı cəmiyyətin bir hissəsində narazılıqların olduğunu göstərmək üçündür. Elə Mariya Zaxarovanın "təxribatın arxasında Qərb izi var" deməsi də bununla bağlıdır. Səfərin nəticələri belə düşünməyə əzmin yaradır ki, Rusiya Ermənistandan gedən deyil və hər addımda da başa salmağa çalışır ki, sərhədlər, daxili və xarici təhlükəsizliyinizin təmin edilməsi, Qərbə meylliyin sonunun Ukrayna ssenarisi ilə nəticələnə biləcəyi Rusiyadan asılıdır və Paşinyan bundan ciddi nəticə çıxarmalıdır. Məlumdur ki, Rusiyanın da  vəziyyəti ürəkaçan deyil və hətta kritikdir. Belə bir məqamda Ermənistanı itirmək ölümə bərabər bir məsələdir, Türkiyə-Ermənistan sərhədi NATO-Rusiya sərhədidir. Ona görə də Moskva siyasi, diplomatik və təhlükəsizlik vasitələri ilə seçkilər də daxil olmaqla “yumşaq güc”, silah vasitəsilə təhdid metodlarından istifadə edir. Əsas problem də ondan ibarətdir ki, Ermənistanın heç bir vaxt müstəqil daxili və xarici siyasəti olmayıb..."

Ermənistan XİN rəhbəri, baş naziri və prezidenti ilə görüşdən sonra Lavrov Moskvaya hansı cavabları apardı, əsas məsələ budur. Ararat Mirzoyanın “Ermənistan Avropa İttifaqına üzv olmağa hazırlaşmır” deməsi də maraqlı məqamdır. Amma ermənilər çox hallarda dediklərinin əksini edirlər. Gözləyək...

Ukraynanın vurduğu zavodda görün nələr İSTEHSAL OLUNUR

Xəbər verdiyimiz kimi, Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərindəki “Energiya” zavoduna naməlum pilotsuz təyyarələr hücum edib.

UNİAN xəbər verir ki, yerli sakinlər səmada 10-dan çox partlayış səsi eşitdiklərini bildiriblər.

Rusiya hakimiyyət orqanları zavodda yanğının baş verdiyini, işçi heyətinin təxliyə olduğunu, bir neçə işçinin yaralandığını bildirir.

UNİAN-ın məlumatına görə, hücuma məruz qalan “Energiya” zavodunun məhsulları məşhur “İskəndər” və “Kinjal” raketlərinin istehsalında istifadə olunur.

Müəssisə pilotsuz uçuş aparatları üçün akkumulyatorlar, rabitə sistemləri üçün litium-ion və civə-sink elementləri, tanklar və raket sistemləri üçün simulyatorlar, Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün elektrokimyəvi kondensatorlar və avtonom enerji təchizatı üçün işıq-optik enerji qurğuları istehsal edir.

“Energiya” zavodu Rusiya Müdafiə Nazirliyindən əlavə, “Roskosmos”, Rusiya DİN, FTX, FHN və “Qazprom”la da əməkdaşlıq edir.

Xəbər lenti