![]() |
|
Baş nazir Nikol Paşinyan öz siyasi maraqları üçün Ermənistanın qanunvericiliyini tapdalaya bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə “168 Jam” qəzeti çıxış edib.
Bildirilib ki, Paşinyan xüsusilə Suriyaya erməni hərbçilərinin göndərilməsi məsələsində çox tələsir:
“Aydındır ki, bu məsələnin bir sıra təhlükəli tərəfləri var. Belə ki, bu, Qərblə münasibətləri pisləşdirə, islamçı terrorçuların Ermənistan üçün təhdidə çevrilməsinə şərait yarada bilər.
Görünür, hökumət erməni hərbçilərinin Suriyaya göndərilməsi üçün heç bir hökumətlərarası razılaşmanın imzalanmasını tələb etməyəcək hüquqi imkanlar axtarır. Bir tərəfdən aydındır ki, hökumət Moskva ilə münasibətlərin möhkəmləndirilməsinə çalışır. Digər tərəfdən isə hələlik Paşinyanın özünün siyasi maraqları üçün Emrənistanın qanunvericiliyini pozmağa hazır olması görünür”.
Yaponiya Baş Qərargah rəisi Katsutosi Kavano Moskvaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Kavanonun Rusiyaya sabah gələcəyi və ayın 9-na kimi burada qalacağı, Sankt-Peterburqa da gedəcəyi, bir sıra rəsmi şəxslə görüşlər keçirəcəyi bildirilib.
Rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda əhalinin artıq hər şeyə səs çıxarmadığını və hökumətə məcburiyyətdən haqq qazandırmağa çalışdığını bəyan edib.
Axar.az xəbər verir ki, Trofimçuk bu barədə kinayəli fikirlərini Feysbuk səhifəsində paylaşıb.
“Paşinyan əhalinin həyatını yaxşılaşdırmamaq üçün möhtəşəm fürsət əldə edib. Bu əhali, bu vətəndaş cəmiyyəti o qədər şüurlu olub ki, indi özü-özünə bütün sosial-iqtisadi göstəricilərin pisləşməsini “çar rejiminin ağır mirası”, həmçinin “ bütün xarici borcların ödənməsi məcburiyyəti” ilə izah edir. Necə deyərlər, bizə çörək yox, iş ver. Hər rəhbər belə düşüncəli vətəndaşlara sahib olmaq xoşbəxtliyinə sahib olmur”, – deyə o yazıb.
Qeyd edək ki, bundan öncə “Sputnik Ermənistan"a açıqlamasında Trofimçuk Paşinyanın hakimiyyətdə olduğu müddətdə heç bir uğura imza atmadığını və ölkəni xaosa sürüklədiyini, eləcə də öz tərəfdarlarını itirməyə başladığını bildirib. Trofimçukun bu açıqlamasından sonra sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən ona qarşı müxtəlif təhqirlər və təhdidlər səsləndirilməyə başlanılıb.
Məhəmməd adı Belçikada 2017-ci ildə yeni doğulan körpələrə verilən ən populyar ad olub.
Axar.az xəbər verir ki, bu barədə Belçika Statistika İnstitutu məlumat yayıb.
Bildirilib ki, ötən il Məhəmməd adının verildiyi körpələrin sayı 718 nəfər olub. Ondan sonrakı yeri Liam (570 nəfər) tutub.
Qeyd edək ki, hazırda Brüsseldə 18044 nəfər Məhəmməd adının daşıyıcısıdır.
Ermənistandakı inqilab zamanı Serj Sərkisyan məni xəyanətdə ittiham edirdi.
Axar.az xəbər verir ki, mediaya müsahibəsində Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan deyib.
“Mənə deyirlər ki, inqilaba gec qatılmısan və heç nə etməmisən. Mən isə deyirəm ki, inqilaba su ilə dolu maşınları göndərmişəm. Yelk Blokundan olan deputatlar Nikol Paşinyan, Sasun Mikayelyan və Ararat Mirzoyan həbs ediləndə ilk olaraq mən onların yanında dayanmışam. O zaman heç Paşinyanın da ağlına Serj Sərkisyanın istefa verəcəyi gəlmirdi.
Mənim o zaman Serj Sərkisyanla çox sərt söhbətim oldu. Ona dedim ki, mən müxalifətçiyəm və xalqın yanındayam. Əgər müxalifətçi olmasaydım, o zaman sənin koalisiyanda yer alardım”, – deyə o bildirib.
O, növbədənkənar seçkinin dekabrda keçirilməsinə hazır olduğunu söyləyib. Çarukyan artıq Sərkisyan və Köçəryanla əlaqəsinin olmadığını və bu şəxslərin onun köməyi ilə siyasətə qayıda bilməyəcəklərini deyib.
Qeyd edək ki, Çarukyan fraksiyası parlamentin buraxılmasını çətinləşdirən qanun dəyişikliyində Respublikaçılar Partiyası ilə birgə hərəkət etdiyi üçün N.Paşinyan bu blokun əsas partiyası olan Çiçəklənən Ermənistandan hökumətdə təmsil olunan nazir və qubernatorları istefaya göndərdi.