|
Almaniyada böyük bir irqçilik problemi var, bunu inkar etmək mümkün deyil.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Aşağı Saksoniya əyalətinin baş naziri Stefan Vayl deyib.
"Almaniyadakı insanların əksəriyyəti cəmiyyətdə ədalətli və səmimi bir ortamın olmasını istəyirlər. Düzdür, miqrantlara qarşı müəyyən bir inamsızlıq var. Lakin siyasətçilər bu problemi aradan qaldırmalıdırlar. Bu, Angela Merkelin miqrant siyasətində yox idi. Belə demək mümkünsə, Merkel plansız idi", - Vayl bildirib.