|
Gürcüstanın NATO-ya üzvlüyü katastrofik nəticələrə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu sözlər Rusiya Baş naziri Dmitri Medvedyevin yaxın günlərdə “Kommersant” radiosunda yayımlanacaq müsahibəsinin fraqmentində yer alıb. O, NATO-nun niyə belə dəhşətli konfliktə getmək istədiyini anlamadığını bildirib.
Qeyd edək ki, məhz Medvedyevin hakimiyyəti dönəmində Rusiya ilə Gürcüstan arasında müharibə baş verib.