|
ABŞ bəzi Latın Amerikası prezidentlərini öz təsir dairəsinə salıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı öz Tvitter səhifəsində Boliviya Prezidenti Evo Morales paylaşıb.
“Son 12 ayda ABŞ vitse-prezidenti Mayk Pens Latın Amerikasına 3 dəfə səfər edib. Səfər zamanı Pens ən azı 8 prezidentlə görüşüb və onlardan Venesuela Prezidenti Nikolas Maduroya qarşı hərbi müdaxilə üçün dəstək istəyib. Bu, imperiyanın çevrilişə hazırlığıdır”, - o bildirib.