|
ABŞ İranın dinc sakinlərinə qarşı güc tətbiqindən narahatdır.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O bildirib ki, İran hökuməti öz xalqının haqlarına hörmət etməlidir:
“ABŞ İran xalqının korrupsiya və rejimə qarşı etirazlarını dəstəkləyir. Biz İran rejimini xalqın hüquqlarına hörmət etməyə çağırırıq”.
Qeyd edək ki, son günlər İranın mərkəzi vilayətlərində etiraz aksiyaları başlayıb. Etiraz aksiyaları zamanı xalqa atəş açılıb, nəticədə bir nəfər həlak olub.