|
Əl Qaidə terror təşkilatının mərhum lideri Usamə Ben Ladenin oğlu Həmzə Ben Laden 11 sentyabr teraktını həyata keçirən döyüşçülər dəstəsinin rəhbəri Məhəmməd Attanın qızı ilə evlənib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qardian” qəzeti yayıb. Qəzet həmçinin Həmzə Ben Ladenin Əl Qaidədə yüksək vəzifələrdən birini də tutduğunu iddia edib. Onun atasının qisasını almağa hazırlaşdığı bildirilib.
Qeyd edək ki, Həmzə Ben Laden bundan öncə dəfələrlə müsəlmanları ABŞ, Britaniya, Fransa və İsrailə qarşı savaşa səsləyib.
Usamə Ben Laden 2011-ci ildə Pakistanda məhv edilib.