|
Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsdlə bağlı 11 jurnalist həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Venesuela Çap İşçilərinin Milli İttifaqı yayıb.
Həbs edilənlər arasında Argentina və İspaniya jurnalistləri də olub. Bundan başqa, bir neçə jurnalistin naməlum şəxslər tərəfindən zorakılığa məruz qaldığı bildirilib.