|
Kolumbiya hökumətinin Venesuela rəhbərinə qarşı sui-qəsdin arxasında dayanmasıyla bağlı kifayət qədər sübut var.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı öz Tvitter səhifəsində Venesuela Prezidenti Nikolas Maduro yayıb.
O, indiyə qədər sui-qəsddə iştirak edən polis və hərbçilərin ələ keçirildiyini, hazırda isə bunu planlayanların ələ keçirilməsi üçün çalışdıqlarını bildirib. Maduro yaxın bir neçə saat içərisində Kolumbiya hökumətinin bu sui-qəsddə iştirakı ilə bağlı sübutları ictimaiyyətə təqdim edəcəklərini söyləyib.
Qeyd edək ki, bundan öncə Kolumbiyanın artıq keçmiş prezidenti olan Xuan Manuel Santos Maduronun sui-qəsdlə bağlı ünvanına səsləndirdiyi bütün ittihamları rədd etmişdi.