|
Ermənistan Baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu ikitərəfli əlaqələr və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti məsələsi olub.
Qeyd edək ki, bundan öncə Ermənistan KTMT-nin Baş katibi Yuri Xaçaturovu 1 mart qırğınlarından iştiraka görə həbs etmişdi. Xaçaturov sonradan azadlığa buraxılsa da, Ermənistan Xarici İşlər Nazirliyi onun bu vəzifədən istefaya göndərilməsi üçün çalışacağını bildirmişdi.