![]() |
|
Mövcud gərginliyə baxmayaraq ABŞ Türkiyənin sağlam dostu və müttəfiqi olaraq qalmaqdadır.
Axar.az xəbər verir ki, bu barədə məlumatı öz Tvitter səhifəsində ABŞ-ın Ankaradakı səfirliyi yayıb.
“Ölkələrimiz canlı bir iqtisadi əlaqəyə sahibdir. Guya ABŞ rəsmilərindən birinin dolların 7 lirə olacağı haqqında söylədiyi fikirlər əsassızdır və xəbərlərin Türkiyə mediasında yer alması narahatvericidir. Bu, uydurulmuş və əsassız yalandır” – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bundan öncə Türkiyənin Rusiya Araşdırmalar İnstitutunun rəhbəri Saleh Yılmaz ABŞ səfirliyinin nümayəndələrindən birinin ona dolların 7 lirəyə qədər bahalaşacağı haqqında məlumat verdiyi barədə informasiya paylaşmışdı.