![]() |
|
Gürcüstan Avropa və Avroatlantika strukturlarına bundan sonra da inteqrasiyanı davam etdirəcək.
Axar.az xəbər verir ki, bunu Tiflisdə keçirilən təhlükəsizlik üzrə beynəlxalq forumda çıxışı zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.
“Hesab edirik ki, NATO-ya üzvlük Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün qarantı olaraq qalacaq. Biz bundan sonra da Avropa və Avroatlantik strukturlarına inteqrasiyanı davam etdirəcəyik”, - o bildirib.