![]() |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Venesuela Prezidenti Nikolas Maduroya zəng edərək həmrəylik mesajı verməsi 15 iyul qiyamı ilə əlaqədardır.
Axar.az xəbər verir ki, bunu rusiyalı mütəxəssis Yeqor Lidovskoy deyib.
"Türkiyənin bu durumda Venesuelanı dəstəkləməsi çox dürüst və doğru addımdır, çünki Türkiyə bu vəziyyətin nə məna verdiyini çox yaxşı anlayır. Hamımız Türkiyədə çevrilişə cəhd edildiyini bilirik və bu təşəbbüsün izləri yenə ABŞ-ı işarə edirdi. Ərdoğanın Maduronu və yaralı əsgərləri dəstəkləməsi çox gözəl bir jest idi", - Lidovskoy qeyd edib.