|
Dünya artıq Vaşinqtonun birtərəfli fəaliyyətlərindən yorulub.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Beynəlxalq münasibətlər gözəllik yarışması deyil. İlk dəfə deyil ki, müharibəni sülh əldə etmək üçün başlatdığını deyir. Dünya artıq Vaşinqtonun birtərəfli fəaliyyətlərindən yorulub”, – deyə o bildirib.