|
Ermənistan Baş Prokurorluğu parlament deputatlarının Robert Köçəryanın azadlığa buraxılmasıyla bağlı qaldırdığı vəsatəti rədd edib.
Axar.az xəbər verir ki, bunu “SputnikErmənistan”a açıqlamasında Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan deyib.
Qeyd edək ki, bundan öncə Ermənistan parlamentinin 45 deputatı eks-prezident Robert Köçəryanın azadlığa buraxılması üçün Baş Prokurorluğa müraciət edib. Onların bu təşəbbüsünə sonradan qondarma rejimin parlamentinin bir sıra deputatları da qoşulub.