|
Rusiya və Çin ABŞ-ın dostları deyil.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın nüvə qüvvələrinin komandanı Con Hayten deyib. Onun sözlərinə görə, bu ölkələr sürətlə hipersionik silahlar yaradırlar və ABŞ-ın bundan hələlik heç bir müdafiəsi yoxdur:
“Pentaqon hazırda yeni növ silahdan müdafiə üçün 10 proqram reallaşdırır. Mən hər zaman istəmişəm ki, hipersionik silahla bağlı işə başlayaq. Çünki məhz bunun sayəsində öz rahatlığımızı təmin etmiş olarıq. Lakin 5-10 il əvvəl biz bunu etmədik, amma indi bu istiqamət aktivləşməyimiz mütləqdir”.