|
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan parlamentinin mətbuat xidməti yayıb. Görüş zamanı əsas müzakirə mövzusu Ermənistan-Rusiya münasibətləri olub. Tərəflər həmçinin görüş zamanı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Qeyd edək ki, Şarmazanov Respublikaçı Partiyasının üzvüdür. O, hazırda bu partiyanın əsas liderlərindən biri sayılır.