|
ABŞ-ın sanksiyalarına rəğmən Türkiyə İran qazını almağa davam edəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz deyib.
“Bizim üçün enerji təhlükəsizliyi çox vacibdir. Bizim İranla qaz müqaviləmiz var və onun fəaliyyəti 2026-cı ilə qədərdir. Bu müqaviləyə əsasən İrandan illik 9,5 milyard kub metr qaz alırıq. Biz vətəndaşlarımızı soyuqda saxlamaq və elektriksiz qoymaq istəmirik” ,– deyə o bildirib.