|
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar zamanı Avropanın maraqlarını nəzərə alacağını güman edirik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer deyib. Onun sözlərinə görə, hazırda Avropanın ABŞ-dan əsas gözləntisi budur.
Qeyd edək ki, bundan öncə Fransa, Britaniya və Almaniya ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyəcəkləri haqqında bəyanat yaymışdılar.