|
Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampa təqdim etdiyi sənədin məzmunu bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Politiko" saytı məlumat yayıb.
"Politiko"nun yaydığı məlumatda Putinin iyulun 16-də Helsinkidə Trampla ilk geniş tərkibli görüşündə silah nəzarətilə bağlı ona bir sıra təklif etdiyi qeyd olunub.
Sənədə görə, Putin Trampa nüvə silahlarının məhdudlaşdırılması və kosmosda silah saxlamağın qadağan edilməsi məsələlərində müzakirə aparılması, eləcə də silahlara nəzarətlə bağlı təklif təqdim edib.
Qeyd edək ki, zirvə görüşündən sonra Putin "Foks Nyus"a müsahibəsində STAR müqaviləsinin müddətini 2021-ci ilə qədər uzatmağa hazır olduqlarını bəyan etmişdi.