|
Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsdə cəhdlə bağlı keçmiş parlament sədri və müxalifət lideri Culio Borqes həbs edilib.
Axar.az xəbər verir ki, Borqeslə yanaşı, polis nəzarətində olan Xuan Requesense barəsində də həbs qərarı verilib.
Onlar sui-qəsdə təşəbbüsdə günahlandırılır.
Qeyd edək ki, bir neçə gün öncə Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub. Sui-qəsdə görə 11 jurnalist həbs edilib.