|
Türkiyədən ABŞ-a gedən nümayəndə heyəti Dövlət Departamentindən sonra Maliyyə Nazirliyində görüş keçirib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Blomberq” agentliyi yayıb.
Görüş çərçivəsində əsas müzakirə mövzularından biri ABŞ-ın İrana qarşı sanksiyaları məsələsi olub. Bununla bərabər Türkiyə tərəfi ABŞ Maliyyə Nazirliyi tərəfindən “Xalqbank” cinayət işi ilə bağlı Ankaraya tətbiq edə biləcəyi böyük miqdarda pul cəzasına görə narahatlığını da dilə gətirib.
Qeyd edək ki, dünən Türkiyədən gedən nümayəndə heyəti Dövlət Departamentində dövlət katibinin müavini Con Salivanla görüşlər keçiriblər.