|
Ermənistanda jurnalistlərin hökumət iclasına girişi qadağan edilib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan deyib. Onun sözlərinə görə, hökumət əvvəlki təhlükəsizlik rejiminə qayıdır.
O, bu rejimin qanunla yox, təhlükəsizlik xidmətinin qərarı ilə müəyyən edildiyini deyib.
Yeqoyan qadağanın niyə indi tətbiq edildiyini açıqlamaqdan imtina edib.