|
Rusların cəmi 16%-i Rusiya Prezidenti Vladimir Putinin xarici siyasət kursunu dəstəkləyir.
Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Əldə edilən nəticə 2016-cı ildə qeydə alınandan 6% az olub.
Rusların cəmi 17%-i Putinin Rusiyanın maraqlarını müdafiə etdiyinə inandıqlarını deyib. Bu göstərici isə 2016-cı illə müqayisədə 8% az olub. Bununla bərabər Putinin xalqın maraqlarına yad adam olduğunu düşünənlərin sayı artaraq 16%-ə çatıb.